PDF Oxu

Siyasət

  • 1 138

Mədəniyyət Asiyada sülh və sabitliyin inkişafına xidmət edir - Çunq Eu-yonq

image

On ildən sonra yenidən Bakıya qayıtdığım üçün sevinirəm. SİA xəbər verir ki, bu sözləri Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (ICAPP) Daimi Komitəsinin sədri Çunq Eu-yonq Bakıda keçirilən ICAPP Asiya Mədəniyyət Şurasının 4-cü iclasının açılışında söyləyib.O vurğulayıb ki, siyasi partiyalar arasında dialoqu gücləndirmək vacibdir və mədəni müxtəliflik demokratik inkişaf üçün mühüm rol oynayır.“Mədəniyyət xalqlar arasında qarşılıqlı hörmətin inkişafına xidmət edir. Asiya Mədəniyyət Şurası ICAPP-ın ən mənalı və dinamik platformalarından biridir. Burada mədəniyyət Asiyada sülh və sabitliyin inkişafına töhfə verir, əməkdaşlığı dərinləşdirir və innovativ layihələrin həyata keçirilməsinə imkan yaradır”, - deyə Çunq Eu-yonq əlavə edib.O, həmçinin bildirib ki, burada qurulan tərəfdaşlıqlar ICAPP-ın gündəliyini daha da zənginləşdirəcək və təşkilatın beynəlxalq əməkdaşlıq sahəsində rolunu gücləndirəcək.

Digər xəbərlər