PDF Oxu

Siyasət

  • 1 831

Şəmkirdə Dövlət Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib

image

Şəmkir rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının birgə təşkilatçılığı ilə 18 oktyabr - Dövlət Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş “Bu gün Müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük nemətdir, ən böyük xoşbəxtlikdir” mövzusunda tədbir keçirilib.

YAP Şəmkir rayon təşkilatının inzibati binasında keçirilən tədbirdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Şəmkir rayon İcra Hakimiyyəti başçısının müavini Aynur Abdullayevaİcra Hakimiyyəti və YAP Şəmkir rayon təşkilatının əməkdaşları, ərazi partiya təşkilat sədrləri, partiya fəalları iştirak etdilər.

Tədbirdə Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və ölkəmizin müstəqilliyinin, suverenliyinin, konstitusiya quruluşunun, ərazi bütövlüyünün qorunması, tarixi torpaqlarımızın azad edilməsi uğrunda döyüş əməliyyatlarında rəşadət və qəhrəmanlıq göstərərək canından keçmiş bütün şəhid əsgər və zabitlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri Yeni Azərbaycan Partiyası Şəmkir Rayon Təşkilatının sədri Fəxrəddin Vəliyev açaraq 18 oktyabr – Dövlət Müstəqilliyinin Bərpası Gününün tarixi əhəmiyyəti, bu günün Azərbaycan dövlətçiliyi tarixində tutduğu mühüm yer barədə tədbir iştirakçılarına məlumat verdi. F.Vəliyev qeyd etdi ki, müstəqilliyimizin bərpası xalqımızın ən böyük zəfərlərindən biridir və bu zəfərin möhkəmləndirilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin davamlı inkişafının təməlini təşkil edir.

Daha sonra çıxış edən Şəmkir rayon İcra Hakimiyyəti başçısının müavini Aynur Abdullayeva müstəqilliyimizin qorunmasında xalqımızın birliyinin, dövlətimizin gücünün və Prezident İlham Əliyevin müdrik siyasətinin mühüm rol oynadığını vurğulayıb. A.Abdullayeva qeyd edib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dövlət müstəqilliyi daha da güclənib, beynəlxalq aləmdə nüfuzlu və söz sahibi bir ölkəyə çevrilib. Müstəqil dövlətimizin parlaq inkişaf yolu Heydər Əliyev ideyalarının məntiqi davamı kimi tarixdə öz möhkəm yerini tutub.

Yekunda Çıxış edənlər ərazi partiya təşkilatının sədri Famil Həmidov, 44 günlük Vətən müahiribəsi şəhidi Elbrus Hüseynovun anası Xanımzər Əhmədova və digər partiya fəalları Azərbaycan dövlətinin müstəqillik tarixinin müxtəlif məqamlarından, müstəqilliyə aparan yolun məşəqqətlərindən söz açıblar. 1918-ci ilin may ayının 28-də elan edilmiş və 23 ay fəaliyyət göstərmiş Azərbaycan Xalq Cumhuriyyətindən və 1991-ci ilin 18 oktyabrında Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında Konstitusiya aktından ətraflı danışıblar və 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımızın 44 gün ərzində azad olunması ilə nəticələnən Vətən müharibəsinin müstəqillik tariximizin zirvəsi olduğunu qeyd etdiblər.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirildi.

Digər xəbərlər