PDF Oxu

Mədəniyyət

  • 6

Milli filmlər nümayiş olunacaq

Milli filmlər nümayiş olunacaq
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə aprelin 6-dan 10-dək respublikanın müxtəlif bölgələrində son illər istehsal edilmiş milli filmlərin nümayişi keçiriləcəkdir. Nazirlikdən verilən məlumata istinadən, kino həftəsinə Heydər Əliyev Sarayında rejissor Samir Kərimoğlunun "Niyyət" filmi ilə start veriləcək. "Niyyət" və Mehriban Ələkbərzadənin quruluş verdiyi "Məhkumlar" bədii filmini iki islah-əmək düşərgəsinin sakinləri də görə biləcəklər. Bundan əlavə, kino həftəsində "İçərişəhər. Əsrlərin daş yaddaşı", "Azərbaycan xalçası", "Azərbaycan motivləri" sənədli filmlərinə baxış da keçiriləcəkdir. Kino həftəsi çərçivəsində Sumqayıt şəhərində "Gənclərin qısa filmləri" proqramına baxış və yaradıcı gənclərlə görüş də təşkil ediləcəkdir. Ən son filmlərimizdən olan "Cavad xan" tarixi qəhrəmanlıq filmi "N" saylı hərbi hissədə nümayiş olunacaqdır.

Digər xəbərlər