Yeddi muzeyin veb-sayıtı istifadəyə verilib
Prezident İlham Əliyevin "Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında" 2007-ci il 6 mart tarixli Sərəncamına uyğun olaraq, paytaxtda fəaliyyət göstərən muzeylərin veb-saytları yaradılır. Həmin saytların yaradılmasında məqsəd ölkəmizdə fəaliyyət göstərən muzeylər və orada sərgilənən eksponatlar haqqında məlumatları çatdırmaqdır. Artıq yeddi veb-sayt yaradılaraq, istifadəyə verilmişdir. Həmin saytlarda Azərbaycan tarixini, mədəniyyətini, incəsənətini təbliğ edən bölmələr yerləşdirilib. Saytın ana səhifəsində muzey və muzeydəki eksponatlar haqqında məlumat verilmiş, muzeylərin elektron kataloqları yerləşdirilib. Veb-saytların yaradılması tarixi abidələrimizin tanınması, qorunması istiqamətində atılan yeni addımdır. Belə ki, veb-saytlarda yerləşdirilmiş zəngin məlumatlar hər bir oxucuda muzeylərimiz, mədəniyyət abidələrimiz haqqında geniş təəssürat yaradacaqdır. Veb- saytların yaradılması muzey işində mövcud olan problemlərin aradan qaldırılmasına təsirini göstərəcəkdir.
Artıq veb-saytlar istifadəyə verilib. Heydər Əliyev adına Muzeyin, Cəfər Cabbarlının ev-muzeyinin, Cəlil Məmmədquluzadənin ev-muzeyinin, Əzim Əzimzadənin ev-muzeyinin, Nəriman Nərimanovun xatirə muzeyinin, Məmməd Səid Ordubadinin xatirə muzeyinin, Azərbaycan Dövlət Din Tarixi Muzeyinin veb-saytları istifadəçilərin ixtiyarındadır.