PDF Oxu

Mədəniyyət

  • 6

Soltan Hacıbəyovun 90 illiyinə həsr olunmuş konsert təşkil ediləcək

Soltan Hacıbəyovun 90 illiyinə həsr olunmuş konsert təşkil ediləcək
2009-cu ilin Bakının İslam Mədəniyyətinin Paytaxtı elan olunması ilə bağlı hazırlanmış tədbirlər planına uyğun olaraq, sentyabrın 25-də Azərbaycan Dövlət Filarmoniyasında SSRİ xalq artisti Soltan Hacıbəyovun 90 illiyinə həsr olunmuş konsert təşkil ediləcəkdir.
Mədəniyyət və Turizm Nazirliyindən bildirmişlər ki, tədbirdə Azərbaycan musiqisinin inkişafında özünəməxsus xidmətləri olan bəstəkar, pedaqoq, xalq artisti, dövlət mükafatı laureatı Soltan Hacıbəyovun yaradıcılığından geniş söz açılacaqdır.
Gecədə onun məşhur "Karvan" simfonik lövhəsi, "Çiçəklərin söhbəti", "Neft haqqında nəğmə" mahnıları, "Quşcuğaz", "Tənha yelkən ağarır" romansları və simfonik əsərləri səsləndiriləcəkdir.
Xatırladaq ki, Soltan Hacıbəyovun yaradıcılığında uşaqlar üçün yazdığı əsərlər xüsusi yer tutur. O, "İsgəndər və çoban" adlı uşaq operası yazmışdır. Onun balacalar üçün nəzərdə tutulmuş mahnıları, demək olar ki, hər gün ifa olunur. "Oynaq topum", "Layla", "Bənövşə", "Bahar gəldi" və digər bu kimi əsərləri, əslində, milli uşaq musiqi ədəbiyyatının ən gözəl nümunələrindəndir. Yubiley tədbirində bəstəkarın bu səpkidə musiqi əsərləri də ifa ediləcəkdir.

Digər xəbərlər