Yeni filmin istehsalına başlanılıb
Rejissor bu filmi yüksək dağ kəndində çəkməyi qərara alıb. Yeni film uzaq dağ kəndinin əhalisinin sosial həyatından bəhs edəcək. Filmin yaradıcıları xalqın mentalitetini araşdırmalıdır. Filmdə yerli əhali də çəkiləcək və bu da filmə təbiilik gətirəcək. Filmdə peşəkar aktyorlar olmayacaq. Kənd əhalisi aktyorlar kimi oynayacaq. Bu üsuldan Qərb kinematoqrafında artıq çoxdan istifadə edilir, amma bu yol Azərbaycan kinosu üçün yenilikdir. Filmin çəkilişlərinin fevralın sonunadək yekunlaşdırılması planlaşdırılır. Montaj və digər texniki işlər aprelin ilk ongünlüyündə başa çatdırılmalıdır. Filmin təqdimat mərasimi isə may ayına nəzərdə tutulub.