PDF Oxu

Mədəniyyət

  • 388

“Muşketyorlar 3D” nümayiş olunacaq

“Muşketyorlar 3D” nümayiş olunacaq

"Muşketyorlar 3D" oktyabrın 13-dən "PARK CİNEMA" kinoteatrında nüşayiş olunmağa başlayacaq. Macəra-ekşn janrındakı bu film Aleksandr Dümanın klassik romanının motivləri əsasında "Şər iqamətgahı 3D" filminin rejissoru tərəfindən çəkilib.
Rollarda Loqan Lerman, Mila Yovoviç, Metyu Makfeyden, Rey Stivenson, Lyuk Evans, Meds Mikkelsen, Qabriela Uald, Ceyms Korden, Juno Templ, Freddi Foks, Orlando Blum, Kristof Valts çəkilib.
Filmin prodüseri, Ceremi Bolt, tamaşaçılar "Üç muşketyor 3D" filmindən nə gözləməlidir sualına belə cavab verib:"Əminliklə deyə bilərəm ki, bu film qeyri-adidir. Qılınclar, indiyədək qılınc oynatma haqqında olan filmdəkindən daha tez hərəkət edəcəklər, kostyumlar, özünüzə təsəvvür etdiyinizdən, daha rəngarəng olacaqlar. Hadisələr, elmi-fantastik filmində olduğu kimi baş verəcək, onların cərəyan etdiyi yer heyran edir, tarix isə unudulmur".
Filmin rejissoru, Anderson isə əlavə edib ki:"Bir çox amillər Dyumanın əhvalatını daha cəlbedici edir. Amma ən başlıcası odur ki, dostluq, qəhrəmanlıq haqqında oxuduğum ən yaxşı və ən klassik əsərdir. "Bir nəfər hamımız üçün, hamımız bir nəfər üçün" çağırışını xatırlamaq kifayətdir. Bu çox güclü əsərdir. Qəhrəmanlıq, dostluq, romantika heç vaxt dəbdən düşməyəcək".

Digər xəbərlər