AMEA İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun bir qrup əməkdaşı tərəfindən hazırlanmış "Xocalı soyqırımı" kitabı çapdan çıxmışdır. Xocalı faciəsinin 20 illiyinə həsr edilmiş kitabda erməni terrorçu və quldur birləşmələrinin Azərbaycanın bu qədim şəhərində yerli əhaliyə qarşı həyata keçirdiyi görünməmiş cinayətlər, soyqırım siyasəti tarixi faktlarla diqqətə çatdırılıb. Kitabda Xocalı faciəsinin dəhşətlərini əks etdirən fotoşəkillər də yer alıb. İngilis, alman, rus və fransız dillərinə tərcümə olunmuş yazılardakı tutarlı dəlil və sübutlar hər bir oxucunun erməni məkrini yetərincə anlamasına kömək edəcəkdir. Layihənin rəhbəri institutun direktoru, hüquq elmləri namizədi Aytən Mustafayevadır.
Bütün Polşa onun haqqında danışır...