Fevralın 24-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan uşaq incəsənət məktəblərinin şagirdlərinin əl işlərindən ibarət Xocalı faciəsinin 20-ci ildönümünə həsr edilmiş "Xocalısız 20 il" adlı rəsm sərgisinin açılışı olacaq.
Rəsm sərgisi Bakı şəhəri, Xətai rayonu, Miniatür Sənəti Qalereyasında keçiriləcək. Tədbirin keçirilməsində başlıca məqsəd Xocalı şəhidlərinin xatirəsinin yad edilməsi, həmçinin, gənc nəsillərə vətənpərvərlik hisslərinin aşılanması və təbliğidir.
"Xocalısız 20 il" adlı rəsm sərgisində Xətai rayonu, Ş.Ələsgərov adına 1 nömrəli, Yasamal rayonu, V.Mustafayev adına 2 nömrəli, Suraxanı rayonu, 3 nömrəli, Xəzər rayonu, 4 nömrəli, Qaradağ rayonu 5 nömrəli və Binəqədi rayonu, F.Əmirov adına 6 nömrəli 11 illik uşaq incəsənət məktəbləri şagirdlərinin əl işlərindən ibarət faciəni əks etdirən 100-ə qədər rəsm əsəri nümayiş etdiriləcək. Qeyd edək ki, sərgi üç gün davam edəcək.
Bütün Polşa onun haqqında danışır...