PDF Oxu

Mədəniyyət

  • 1 081

Avstriyanın Vyana şəhərində keçirilmiş iclasda Azərbaycan da təmsil olunub

Avstriyanın Vyana şəhərində keçirilmiş iclasda Azərbaycan da təmsil olunub

Avstriyanın Vyana şəhərində keçirilmiş Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 7-ci iclasında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Xarici turizm sektorunun müdiri Səbinə Babayeva iştirak edib.

Qarışıq Komissiyanın 7-ci iclasına Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov və Avstriyanın İqtisadiyyat, Ailə və Gənclər nazirinin müavini xanım Bernadette Gierlinger sədrlik ediblər. Tədbirdə Azərbaycan və Avstriyanın dövlət qurumlarının rəsmiləri, həmçinin, özəl sektorun nümayəndələri iştirak edib. Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsindən verilən məlumata görə, iclas zamanı həmsədrlərin çıxışları, iki ölkədə mövcud olan iqtisadi vəziyyət, ticarət və iqtisadi sahələrdə ikitərəfli əməkdaşlığın statusu, enerji, təbiətin mühafizəsi, kənd təsərrüfatı, turizm, informasiya və kommunikasiya texnologiyaları, maliyyə sahəsində əməkdaşlıq, standartlaşma, gənclər və idman sahələrində əməkdaşlığa dair hesabatlar dinlənilmişdir. Azərbaycanda turizmin cari vəziyyətinə, Azərbaycan və Avstriya arasında turizm sahəsi üzrə ikitərəfli münasibətlərə və gələcək perspektivlərə dair Səbinə Babayeva məruzə ilə çıxış edib. İclasın sonunda Avstriya-Azərbaycan ikitərəfli xarici iqtisadi əlaqələr üzrə Birgə Komissiyanın 7-ci iclasının Protokolu imzalanıb.

Digər xəbərlər