Mədəniyyət

  • 5 298

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda “Korkutname” kitabının təqdimatı keçirilib

image

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda TÜRKSOY tərəfindən nəşr olunun Türkiyənin milli şairi Kənan Çarboğanın “Korkutname” kitabının təqdimatı keçirilib. SİA-nın məlumatına görə, kitab türk dünyasının ortaq irsi hesab olunan “Kitabi-Dədə Qorqud” dastanı əsasında nəzmə alınıb.Tədbiri giriş sözü ilə açan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva qonaqları salamlayaraq, rəhbərlik etdiyi təşkilatın binasının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı əsasında daimi istifadəyə verildiyini bildirib. Fondun prezidenti binanın rəsmi açılışının 2019-cu il oktyabrın 14-də Türkdilli ölkələrin Dövlət Başçılarının VII Zirvə toplantısı çərçivəsində Fonda üzv və müşahidəçi ölkələrin xarici işlər nazirlərinin və türkdilli beynəlxalq təşkilatların rəhbərlərinin iştirakı ilə həyata keçirildiyini qeyd edib.Günay Əfəndiyeva tədbir iştirakçılarını Azərbaycanın əzəli torpaqlarının geri qaytarılması ilə əldə olunan tarixi Qələbə münasibətilə təbrik edib və bu qələbənin yalnız Azərbaycana deyil, bütövlükdə türk dünyasına fəxarət hissi bəxş etdiyini vurğulayıb. O, həmçinin keçən ilin sonunda Azərbaycanın işğaldan azad olunan Füzuli və Ağdam rayonlarına səfər etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.Natiq bildirib ki, Türk Şurasının Baş katibi Bağdad Amrayev və TÜRKSOY-un Baş katibi Düsen Kaseinovun Azərbaycana səfəri çərçivəsində üç türkdilli beynəlxalq təşkilatın rəhbərləri bir sıra yüksək səviyyəli görüşlər keçirib, mühüm mövzularda müzakirələr aparıblar.Fondun prezidenti Türk Şurasının, TÜRKSOY-un, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəhbərlərinin və nümayəndə heyətlərinin Azərbaycanın işğaldan azad olunan Füzuli və Ağdam rayonlarına səfər etdiyini bildirib. Günay Əfəndiyeva Azərbaycanın tarixi şəhərlərindən və qədim mədəniyyət mərkəzlərindən olan Ağdamın erməni vandalizminin qurbanı olduğunu, Füzulinin isə tamamilə dağıdıldığını qeyd edib.Fondun prezidenti bildirib ki, “Korkutname” kitabının ilkin təqdimatı Füzuli şəhərində keçirilib. TÜRKSOY-un Baş katibi Düsen Kaseinov kitabı Füzulinin işğaldan azad olunması münasibətilə Fonda hədiyyə edib. “Beləliklə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu rəhbər səviyyəsində Azərbaycanın bu qədim torpaqlarına ilk qədəm qoyan, TÜRKSOY isə ilk təqdimat mərasimi keçirən təşkilatlardır, “- deyə Günay Əfəndiyeva vurğulayıb.Fondun prezidenti bu kitabın Füzulidə təqdimatının simvolik məna daşıdığını, türk dünyasının birliyini təcəssüm etdirən Dədə Qorqudun nəsihətləri ilə iki qardaş təşkilatın həmrəyliklərini bir daha nümayiş etdirdiyini bildirib. “Kitabın ön sözü Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məxsusdur və bu da Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bir daha göstərir” – deyə G.Əfəndiyeva qeyd edib.Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov tədbirdə çıxış edərək, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanı və TÜRKSOY-un Baş katibi Düsen Kaseinovu belə önəmli tədbiri təşkil etdiklərinə görə təbrik edib və bunun rəmzi məna daşıdığını vurğulayıb.Mədəniyyət naziri 2020-ci ilin müstəqil Azərbaycan Respublikasının, eyni zamanda Azərbaycan xalqının dövlətçilik tarixinə ən unudulmaz və əlamətdar təqvim kimi həkk olunduğunu söyləyib. Azərbaycanın suverenliyinin bərpa olunduğunu, mədəni bütövlüyünün, coğrafi tamlığının təmin olunduğunu qeyd edən Anar Kərimov deyib: “Təsadüfi deyil ki, türk folkloru tarixinin ifadə forması məhz dastan yaradıcılığıdır. İkinci Qarabağ müharibəsində Azərbaycanın apardığı haqq savaşında başda Türkiyə Cümhuriyyəti olmaqla bütövlükdə türk dünyası mənəvi həmrəylik göstərdi. Bərpa edəcəyimiz Qarabağda bu il Vaqif poeziya günlərini keçirəcəyik və bu ədəbiyyat festivalına əziz şairimiz Kənan Çarboğanı xüsusi dəvət edirik. Kənan Çarboğanın qələmə aldığı və TÜRKSOY-un dəstəyilə nəşr olunmuş “Korkutname” kitabı son 10 ildə işıq üzü görmüş xüsusi əhəmiyyətə malik kitablardan biridir. “Kitabi-Dədə Qorqud” dastanı Azərbaycan və digər türk xalqlarının ədəbi abidəsidir. Bu dastan tariximizin, milli kimliyimizin təzahüründə son dərəcə etibarlı və mötəbər mənbədir”.Nazir, ulu öndər Heydər Əliyevin bu dastan haqqında söylədiklərini xatırladıb: “Kitabi-Dədə Qorqud” dastanı bütün türk dünyasına məxsusdur. Onun vətəni Azərbaycandır, sahibi Azərbaycan xalqıdır”. Bildirilib ki, Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı “Azərbaycan Respublikasındakı monumental heykəltəraşlıq abidələri, xatirə-memorial və memarlıq kompleksləri haqqında” Sərəncama əsasən Bakı şəhərində 6 hektar ərazidə Dədə Qorqud parkı salınıb, parkın mərkəzində Dədə Qorqud abidəsi ucaldılıb. 2018-ci ildə Azərbaycan, Türkiyə və Qazaxıstanın birgə təqdim etdiyi "Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi" adlı çoxmillətli mədəniyyət nümunəsi UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib.Kənan Çarboğan tərəfindən dastanın 12 boyunun kəlmə-kələmə nəzmə çəkilməsi türk mədəniyyətinə təqdirəlayiq bir töhfədir. Kənan Çarboğanın ömrünün 10 ilini bu işə həsr etməsi onun bədii yaddaşımıza ehtiramıdır, sevgisidir, hətta bir yazıçı kimi öz soykökünə bağlılığıdır.Anar Kərimov çıxışının sonunda kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib.TÜRKSOY-un Baş katibi Düsen Kaseinov çıxış edərək, tədbir iştirakçılarını Şanlı Qələbə münasibətilə təbrik edib, hər kəsi “Korkutnamə” kitabının təqdimatında görməsindən şad olduğunu bildirib. Baş katib mərasimin Bakıda- Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda keçirilməsindən böyük məmnunluq duyduğunu qeyd edib. Kitab haqqında məlumat verən Düsen Kaseinov Türk Dünyasının ortaq dastanı olan Dədə Qorqudun ədəbiyyat xəzinəsinin zəngin sərvətlərindən olduğunu vurğulayıb.Tədbirdə Milli Məclisin mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Azərbaycan Dillər Universitetinin rektoru, Xalq yazıçısı Kamal Abdulla, Milli Məclisin deputatı, Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov və Milli Kitabxananın direktoru, professor Kərim Tahirov çıxış edərək belə tədbirlərin keçirilməsinin önəmindən danışıb, tarixi yazılı abidə olan “Kitabi-Dədə Qorqud”la bağlı fikirlərini bölüşüb və bu istiqamətdə daha geniş tədqiqatların aparılmasının, gənclərin bu sahənin dərindən öyrənilməsinə cəlb olunmasının vacibliyindən söz açıblar.Tədbirin sonunda qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə şəkili çəkdirilib.

sia.az

Digər xəbərlər