PDF Oxu

Mədəniyyət

  • 733

Beynəlxalq ailə gününə həsr olunmuş tamaşa - FOTOLAR

image

" 15 may- Beynəlxalq Ailə Günü" münasibətilə Astara Rayon İcra Hakimiyyəti, Rayon Mədəniyyət Mərkəzi, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Astara rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı və Lənkəran Dövlət Dram Teatrının təşəbbüsü ilə yazıçı-dramaturq Hüseynbala Mirələmovun "Gəlinlik paltarı" əsəri əsasında hazırlanmış, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, Dağıstan Respublikasının əməkdar artisti Laləzar Hüseynovanın quruluş verdiyi eyniadlı teatr tamaşası nümayiş olunub. Tamaşaçılar tərəfindən böyük maraq və alqışla qarşılanan səhnə əsərinin mövzusu, aktyor oyunu və tamaşanın emosional təsiri rayon ziyalıları tərəfindən yüksək qiymətləndirilib.
Rayon icra hakimiyyəti başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Firəngiz Sadıxova, quruluşçu rejissor Laləzar Hüseynova, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Astara rayonu üzrə təhsil sektorunun müdiri Xədicə Əliyeva və Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Astara rayonu üzrə nümayəndəsi Anar Kəkəyev tamaşadan sonra çıxışlarında "Gəlinlik paltarı" əsərini səhnələşdirməkdə əməyi keçən şəxslərə minnətdarlıq edib, orada əks olunan problemlərin bu günün reallıqları ilə səsləşməsi, ailə institutunun möhkəmləndirilməsi, cəmiyyətin diqqətinin bir daha ailə məsələlərinə yönəldilməsi barədə danışıb, ailə ənənələrinə, milli-mənəvi dəyərlərə sədaqət hissinin təbliğ ilə bağlı belə mövzularının əhəmiyyətindən söz açıblar.
Sonda Firəngiz Sadıxova tərəfindən qonaqlara gül dəstələri, əsərin baş qəhrəmanı- Fənayə obrazını canlandıran aktrisa Gülər Kərimliyə kələğayı hədiyyə edilib.
Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər

Metyu Perrinin şəxsi əşyaları hərraca çıxarılıb...

Təşəbbüs asılılıqdan əziyyət çəkən insanlara kömək etməyi hədəfləyir...

Merilin Monronun görünməmiş fotoları ortaya çıxıb...

60 ildən sonra unikal bir arxiv ictimaiyyətə açıqlandı…

İki film Tom Kruzu necə yeni səviyyəli ulduz etdi...

Onlar onu Hollivudun əsas ulduzuna çevirdilər...

“Mən nəyəsə inanıram, amma nəyə inandığımı deyə bilmirəm...”

Çulpan Xamatova 14 yaşında “şüuraltı” vəftizindən danışıb və tatar dilində danışmadığını etiraf edib