Mədəniyyət

  • 6 219

"Şuşa - Qarabağın dünəni, bu günü, sabahı": arxalıq

image

"Şuşa İli" elan olunması ilə əlaqədar Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən "Şuşa - Qarabağın dünəni, bu günü, sabahı" adlı layihə davam edir.SİA AZƏRTAC-a istinadən xəbər verir ki, layihə çərçivəsində növbəti təqdimat Şuşa milli geyiminin əsas elementlərindən biri olan - arxalığa həsr olunur.XIX-XX əsrin əvvəllərində Qarabağ bölgəsinin qadın geyimləri kompleksində çəpkən, arxalıq, baharı, kürdü və başqa geyim tipləri daha çox istifadədə olub.Arxalıq adətən qiymətli parçalardan tikilir və onun tikilişində əsasən tox rənglərdən istifadə olunurdu. Al rənglərdən nə yaşlı nə də cavan qadınlar istifadə etmirdilər. Milli geyiminin bir hissəsi olan arxalıq astarlı olub, belə qədər bədənə kip biçilirdi. Beldən aşağı hissədə büzmə, yaxud müxtəlif endə qırçınlı ətək tikilirdi. Qol ağzına və yaxa kəsiyinə verilən qırçınlı büzməli əlavələr isə arxalığı daha da gözəl göstərirdi.Gəncə-Qarabağ bölgəsinə aid olan qadın arxalıqları qol, yaxa, və bel kəsiklərinin quruluşuna görə digərlərindən fərqlənirdi. Bu arxalıqlarda bel kəsiyi zərif qırçınlı və qısa ətəkli olurdu, təxminən 8–18 sm. İkinci qrup arxalıqlar eyni ölçülü olub əlavə ətəksiz tikilirdi. Bu arxalıqlar daha çox üst qadın geyimi sayılan çəpkəni xatırladırdı.Qarabağ arxalıqlarının yaxa kəsiyi "gönçə" və "meydan" formasında dairəvi olurdu. Belə yaxalıq boyunca 2 sm enində ikiüzlü qırçınlanmış əlavə parça tikilirdi. Qarabağ-Gəncə bölgəsinə aid arxalıqlar həm də "nülufər qollu" (yelparəli) olması ilə fərqlənirdilər. Dirsəyə qədər düz olan nülufər qol dirsəkdən aşağı zanbaq formalı açıq biçilirdi. Qolun ağzında arxalığın parçasından iki barmaq enində qırçın əlavə edilirdi.Qiymətli parçalardan tikilməsi, bəzək elementlərinin zənginliyi və gözəgəlimliliyi, bədənə kip oturması və s. keyfiyyətləri Qarabağın qadın arxalıqlarını burada yaşayan başqa xalqların nümayəndələrinə də sevdirə bilmiş, onlar da bu cür arxalıq tikdirib geyməyi özlərinə fəxarət hesab etmişlər.

sia.az

Digər xəbərlər