PDF Oxu

Siyasət

  • 1 105

“14 iyul 1969-cu il: Uğurlu inkişaf yolunun təməli”

image

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı və “S.Vəzirov küç. 91” (Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi) ünvanı üzrə ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlməsinin 56-cı il dönümünə həsr olunmuş “14 iyul 1969-cu il: Uğurlu inkişaf yolunun təməli” adlı tədbir keçirilib.

Əvvəlcə nazirliyin inzibati binasında Ümummilli Lider Heydər Əliyevin büstü önünə tər gül dəstələri düzülüb, Ulu Öndərin xatirəsi dərin ehtiramla yad edilib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, müasir müstəqil Azərbaycan dövlətinin banisi Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, 1969-cu il 14 iyul tarixində Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişi tariximizin dönüş nöqtəsi oldu. Bu tarixi günlə müstəqil dövlətçiliyimizin təməlləri qoyuldu. Ulu Öndərin uzaqgörənliyi sayəsində geridə qalmış bir respublika qısa zamanda iqtisadi, mədəni və siyasi baxımdan inkişafa başladı. Sovet dövründə milli kimlik qorundu, intellektual potensial formalaşdı, gələcək müstəqilliyin ideya bazası yaradıldı. Müstəqillik illərində isə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı Azərbaycanı xaos və parçalanmadan xilas etdi. 1994-cü ildə sonlarında əsası qoyulan neft strategiyası ölkəmizi dünya enerji xəritəsində önə çıxardı. Azərbaycanın müstəqilliyi möhkəmləndi, ordu quruculuğu gücləndi, beynəlxalq nüfuz artdı. Ulu Öndər Heydər Əliyev yolunun davamçısı Prezident İlham Əliyev müasir dövrün çağırışlarına cavab verərək regionun lider dövlətini formalaşdırdı. Əldə olunan tarixi Zəfərlər Ulu Öndər Heydər Əliyev yolunun parlaq nəticəsidir.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, “14 iyul 1969-cu il – Uğurlu inkişaf yolunun təməli” təkcə bir tarix deyil, müstəqil Azərbaycanın ideoloji və strateji yüksəlişinin başlanğıcıdır. Ulu Öndər Heydər Əliyevin siyasi rəhbərliyə gəlişi ilə Azərbaycan SSR böyük yüksəliş mərhələsinə qədəm qoydu. Sənaye, elm, kənd təsərrüfatı və mədəniyyət sahələrində mühüm nailiyyətlər əldə olundu. Lakin əsl və tarixi dönüş nöqtəsi 1993-cü ildə oldu – xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycanı parçalanmaqdan və vətəndaş müharibəsindən xilas etdi. Dövlət institutları bərpa olundu, hüquqi islahatlar aparıldı, Konstitusiya qəbul edildi. 2003-cü ildən etibarən bu yolu inamla davam etdirən Prezident İlham Əliyev ölkəmizi qlobal miqyasda söz sahibi olan dövlətə çevirdi. Qarabağ Zəfəri və 2023-cü il antiterror tədbirləri bu uğurlu strategiyanın nəticəsidir.
Çıxışlardan sonra YAP sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri və partiyanın ictimai-siyasi həyatında uğurlu fəaliyyətə görə bir qrup fəala fəxri fərman təqdim edilib.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Digər xəbərlər