PDF Oxu

İqtisadiyyat

  • 4 009

AMB “Azər-Türk Bank”ın vəzifəli şəxsini cərimə edib

AMB “Azər-Türk Bank”ın vəzifəli şəxsini cərimə edib

Azərbaycan Mərkəzi Bankı (AMB) "Azər-Türk Bank" ASC-nin vəzifəli şəxsini 2 000 manat məbləğində cərimə edib. Bu barədə SİA AMB-yə istinadən xəbər verir.

Məlumata görə, AMB tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 35.4-cü maddəsinin və "Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası"nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq, "Azər-Türk Bank" ASC-nin vəzifəli şəxsi 2 min manat məbləğində cərimə edilib.

Digər xəbərlər

Çinin kritik minerallar üzərində 60 illik hökmranlığı başa çatır..?
Çinin kritik minerallar üzərində 60 illik hökmranlığı başa çatır..?

ABŞ və Avropanın əsas vəzifəsi alternativ təchizat zəncirlərini yaratmaqdır...