PDF Oxu

İqtisadiyyat

  • 1 029

Orta Dəhliz: ticarət, sənaye və bağlantı potensialının reallaşdırılması

image

İİF çərçivəsində “Orta Dəhliz: ticarət, sənaye və bağlantı potensialının reallaşdırılması” mövzusunda sessiya keçirildi.

Tədbirin birinci hissəsi “ABŞ-Azərbaycan iqtisadi tərəfdaşlığı: TRİPP və yeni bağlantı imkanları” mövzusuna həsr olundu.

Bu çərçivədə TRİPP-in strateji bağlantı və regional iqtisadi inkişaf platforması kimi rolu, eləcə də ABŞ ilə Azərbaycan arasında qurulan iqtisadi və investisiya tərəfdaşlığı müzakirə edildi.

Eyni zamanda, ABŞ şirkətləri və investorları üçün ölkəmizdə yaranan imkanlar, strateji infrastrukturun və bağlantının inkişafı, enerji infrastrukturu və regional enerji əlaqələri diqqət mərkəzindədir. Sessiyada dövlət-özəl tərəfdaşlığı, özəl sektorun fəal iştirakı və Azərbaycanın ABŞ, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında mühüm keçid kimi rolu geniş şəkildə vurğulandı.

İkinci hissə isə “Orta Dəhliz: regional ticarət, bağlantı və dəyər zəncirləri” mövzusunu əhatə edir. Burada Orta Dəhlizin dayanıqlı Şərq-Qərb ticarət və logistika platforması kimi əhəmiyyəti, Transxəzər bağlantısı və multimodal nəqliyyat infrastrukturu nəzərdən keçirilir. Dəhliz boyunca mövcud olan dəmir yolu, liman və logistika imkanları, eləcə də Mərkəzi Asiya, Azərbaycan və Çin arasında ticarət və investisiya əlaqələrinin gücləndirilməsi məsələləri müzakirə olunur. Həmçinin infrastrukturun dövlət-özəl tərəfdaşlığı, çoxtərəfli institutlar və özəl kapital vasitəsilə maliyyələşdirilməsi, tranzitdən istehsal, emal və əlavə dəyər yaradan fəaliyyətlərə keçid kimi strateji hədəflər açıqlanır. Regional sənaye əməkdaşlığı, dəyər zəncirlərinin inteqrasiyası və Azərbaycanın qlobal bazarlar ilə digər regionlar arasında strateji körpü rolu tədbirin əsas müzakirə istiqamətlərini təşkil edir.

Lalə Mehralı

Digər xəbərlər

ABŞ sanksiyalarının təzyiqi altında Rusiya nefti öz mövqeyini itirir

Hindistan neft emalı zavodları Rusiya neftinin payını azalda bilər…

The Financial Times: Çin niyə rekord sürətlə qızıl alır?

Ölkə səkkiz ayda 1000 tondan çox qızıl idxal edib...

Ukrayna neft məhsullarını Macarıstanda saxlayacaq...

Kiyev və Budapeşt Karpat Səkkizliyi sammiti çərçivəsində müqavilə imzaladılar...

Wildberries və Ozon çoxsaylı məhkəmə iddiaları ilə üzləşib

Anbarlara PUA-ların hücumundan sonra məhkəmə iddiaları “töküldü”...