Bu gün Bakı Konqres Mərkəzində “İnvestisiyaların yeni istiqamətləri: daşınmaz əmlak, turizm və şəhərsalma” mövzusunda sessiya keçirildi. Saat 11:00-dan 12:00-dək davam edən sessiyada şəhər ərazilərinin yenilənməsi və genişmiqyaslı inkişaf, daşınmaz əmlaka investisiyalar, çoxfunksiyalı layihələr, ağıllı və dayanıqlı şəhər inkişafı məsələləri müzakirə olundu.
Sessiyanın gündəliyində, həmçinin beynəlxalq layihə inkişaf etdiriciləri və institusional kapital, investisiyaya hazır şəhər layihələrinin yaradılması, turizm və qonaqpərvərlik sektoruna investisiyalar, kompleks turizm destinasiyalarının inkişafı, beynəlxalq hotel brendləri və kurort layihələri yer aldı.
Bununla yanaşı, lüks, mədəni və təcrübə əsaslı turizm, MICE və işgüzar turizm, eləcə də dayanıqlı və investisiyaya hazır turizm destinasiyalarının yaradılması istiqamətləri diqqət mərkəzində idi.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev çıxışında bildirdi ki, Azərbaycan beynəlxalq investisiya əməkdaşlığına və uzunmüddətli tərəfdaşlığa sadiqdir və xüsusilə şəhərsalma və daşınmaz əmlak sektorunda mühüm əhəmiyyət daşıyır.
Komitə sədri bildirdi ki, Azərbaycan hazırda mühüm transformasiya mərhələsindən keçir: "Şəhərsalma strateji xarakter daşıyır, müasir infrastrukturun yaradılması, dayanıqlı inkişafın təmin edilməsi və proqnozlaşdırılan investisiya mühitinin formalaşdırılmasının əsas prioritetlər sırasındadır"..
Lalə Mehralı
Rusiya gübrələrinə diqqət yetirməyin vaxtıdır...