İqtisadiyyat

  • 5 504

Böyük Sıfırlama: Dayanıqlıq, İnnovasiya və İnklüzivlik, Yaşıl Enerji ELMİ MƏQALƏ

image

Ölkəmizdə bu proses necə aparılır və qarşıda hansı məqsədlər dayanır?

Dünyanın qlobal iqtisadi çağırışları şəraitində ölkə iqtisadiyyatının inkişafının sürətləndirilməsi, güclü immunitet nümayiş etdirmək iqtidarında olan iqtisadi mexanizmlərin formalaşdırılması vacib şərtlərdəndir. Dünya ölkələrinin əksəriyyətində bu məqsədlə əsas etibarı ilə iqtisadi proseslərin innovasiyalaşdırılmasına və bununla əlaqədar olaraq dövlətin innovasiya siyasətinin əhəmiyyətli səviyyədə təkmilləşdirilməsinə geniş yer verirlər. Əslində, bu heç də asan məsələ deyil və hazırda iqtisadi cəhətdən inkişaf etmiş ölkələr belə bir səviyyəyə çatmaq üçün uzun bir dövr keçmişlər, eyni zamanda iqtisadiyyat sahələrinin innovasiyalaşdırılması, mövcud mexanizmlərin yenilənməsi, yüksək texnologiyalar əsaslı iqtisadiyyat sahələrinin formalaşdırılması külli məbləğdə və davamlı şəkildə investisiyaların yatırılmasını şərtləndirir. Xüsusilə, dünyanı bürüyən Covid-19 pandemiyası və onun yaratdığı çoxsaylı maneələrə rəğmən, innovasiya prosesi daim diqqətdə saxlanılır və həmin prosesin Azərbaycanda da sürətlə getməsi bir sıra mühüm faktorları şərtləndirir.

Dayanıqlıq, innovasiya və inklüzivlik, yaşıl enerji – perspektivlər nə vəd edir?

Onu da xatırlatmaq yerinə düşərdi ki, 2020-ci ildə Dünya İqtisadiyyat Forumunun rəhbəri Klaus Şvabb özünün “Covid-19-Böyük sıfırlama” kitabında dünya qarşısında duran əsas çağırışlar haqqında yazıb və əslində belə bir çətin sınaq dövründə innovasiyalaşmanın yeni mərhələsinin sıfırdan başlanılmasının heç də asan proses olmadığına işarə edib. Sözügedən kitabda üç əsas komponent əhatə edilib: dayanıqlıq, innovasiya və inklüzivlik, yaşıl enerji.Bəs dünyada öz sözünü deyən və daim diqqət mərkəzində olan Azərbaycanda bu proses necə aparılır və qarşıda hansı məqsədlər dayanır? Bunun üçün xatırlatmaq yerinə düşərdi ki, artıq ölkəmizdə 2030-cu ili əhatə edən Milli Fəaliyyət Planı mövcuddur və həmin planın mühüm müddəalarında yaxın gələcəkdə əldə ediləcək uğurların hansı sahələri əhatə edəcəyi bildirilir. Bu sahələr – “Dayanıqlı İqdisadiyyat”, “İnkluziv və dinamik cəmiyyət”, İnnovasiya mühiti və insan kapitalının inkişafı”, “Böyük Qayıdış” istiqaməti və “Yaşıl Enerji”dir. İnkişaf Prioritetlərin bir neçə aspektlərinə nəzər salaq:
İnnovasiyanın inkişafı olduqca mürəkkəb, texniki proseslərin və intellektual potensialın inkişafı ilə üzvi sürətdə bağlıdır.Söz yox ki, innovativ yanaşmanın əhəmiyyəti tərkib hissəsi xüsusilə 4-cü sənaye inqilabının nailiyyətlərinə həsr olunub. Bu planda “Ağıllı şəhər”, “Ağllı kənd”, həmçinin dayanıqlı inkişafa paralel olaraq yaşıl enerji faktorları mövcuddur.Beləliklə, ilk başdan həm də belə nəticə hasil etmək olar ki, ölkədə innovasiya fəaliyyətinin modelləşdirilməsi, stimullaşdırılması və bunlarla əlaqədar olaraq praktiki mexanizmlərin işlənib hazırılanması prioritetləri dövlər innovasiya siyasətinin əsasında yer almalıdır və alır da. Lakin o da sirr deyil ki, innovasiyanın inkişafı olduqca mürəkkəb, texniki proseslərin və intellektual potensialın inkişafı ilə üzvi sürətdə bağlıdır. Bunlar isə öz növbəsində innovasiyanın inkişafına sistemli, əlaqəli və kompleks yanaşmağı tələb edir.Daha bir mühüm məsələ ondan ibarətdir ki, 2030-cu ilə həsr olunmuş Milli Fəaliyyət Planınn icrası yalnız digər regionlarımızda deyil, həm də düşmən işğalından azad edilmiş ərazilərimizdə də aparılacaq və əbəs deyil ki, dövlət başçımız həmin ərazilərimizə səfər edərkən artıq bu barədə əhəmiyyətli fikirlərini səsləndirib, Qarabağın “Ağıllı İdarəetmə” “ağıllı şəhər” və “ağıllı kənd” sistemi əsasında, həmçinin yaşıl zona mühitində bərpa ediləcəyini bəyan edib. Bütün bunlar isə bilavasitə 4-cü sənaye inqilabının tələblərinə cavab verən perspektivlərdir.

Qarabağ: yaşıl enerji müstəvisində “Ağıllı şəhər və “Ağıllı kənd” reallığı
Bu arada xatırlatmaq yerinə düşərdi ki, Azərbaycanda “Ağıllı şəhər və “ağıllı kənd” plan-layihələri əsaslı olaraq işlənilib-hazırlanmaqdadır və bütün bunlar bilavasitə innovativlik təməlinə söykənən reallıqlardan ibarətdir. Əsasən, işğaldan azad edilmiş ərazilərimizdə 4-cü sənaye inqilabının verdiyi töhfələr ətrafında nəzəriyyə irəli sürərkən bu işlərin sıfırdan başladılması amili maraqdoğurucudur. Daha dəqiq desək, ölkəmizdə bir ilkin, yeniliyin məhz Qarabağdan start götürməsi həm də qürur verən bir hadisədir.Prezident İlham Əliyev də azad edilmiş ərazilərdə şəhər və kəndlərin necə qurulacağından danışarkən deyib ki, azad edilmiş ərazilərdə qurulacaq şəhər və kəndlər “smart-city”, “smart-village”, yəni, “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında formalaşmalıdır. “Bu işləri indidən planlaşdırın ki, şəhərsalma aparılarkən, layihələr icra edilərkən mütləq dünyanın ən qabaqcıl texnologiyaları orada tətbiq olunsun. Ondan sonra və bəlkə də bununla paralel olaraq, bizim digər şəhər və kəndlərimizdə buna oxşar layihələri də icra etmək lazımdır”, deyə dövlətimizin başçısı vurğulayıb.
Bu kimi şəhər və kəndlərin idarəedilməsi Azərbaycanda analitik strategiyanın yaradılmasına imkan verir
Onu da xatırlatmaq yerinə düşərdi ki, “ağıllı şəhər” konsepsiyası Prezident İlham Əliyevin sərəncamı ilə imzalanmış “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda da öz əksini tapıb. Azərbaycanın da dünyanın ən müasir və 4-cü sənaye inqilabının bəxş etdiyi imkanlara malik ölkələri sırasında yer alması isə çox yaxın, hətta daha yaxın perpsktivlərdədir.Misal üçün, 1.6 milyon nəfər əhalisi olan Ninsya vilayətinin İnçuan (Çin) mərkəzi, 3000 nəfər əhalisi olan Fudzisava (Yaponiya) şəhəri, 192 min nəfər əhalisi olan Milton-Kins (Böyük Britaniya) şəhəri, 5.6 milyon nəfər əhalisi olan Sinqapur (Sinqapur) meqalopolisi, 300 nəfərin yaşadığı Əbu-Dabi şəhərinin Məsdər qəsəbəsi (BƏƏ) “ağıllı şəhər”lər sırasındadır və bu şəhərlər sırasında bizim də regionlarımızın olacağı artıq dövlətin prioritet vəzifələrindən birinə çevirlib.Bu kimi şəhər və kəndlərin idarəedilməsi Azərbaycanda analitik strategiyanın yaradılmasına imkan verir. Həmin şəhərdə yaşayan sakinlər fərqli alətlərdən, internet üzərindən və mobil aplikasiyalardan, portallardan, onlayn alətlərdən istifadə etməklə, şəhər idarəetməsi ilə birbaşa əlaqə qururlar. Eyni zamanda nəzərə almalıyıq ki, "Ağıllı şəhər” həm də təhlükəsizliyi təmin edilən bir şəhərdir. Burada texnologiyalardan ciddi və səmərəli şəkildə istifadə olunur.

Rəqəmsallaşma, dekarbonizasiya və desentralizasiyaya
Və ən əsası, alternativ enerji, yaxud yaşıl enerji faktoru burada özəl xüsusiyyətlərə malikdir. Ənənəvi enerji mənbələrindən tam imtina etməməklə, mərhələli şəkildə yaşıl enerji sisteminə keçid yaxın gələcəkdə sağlam mühit, sağlam təbiət tendensiyasını tam qaydada formalaşdıra bilər. Daha dəqiq desək, ətraf mühitin qorunması baxımından, alternativ enerji mənbələrinin imkanlarından “ağıllı şəhər”lərdə maksimum istifadə olunur.İşğaldan azad olunmuş ərazilər üçün yaşıl enerji konsepsiyasının hazırlanması ilə bağlı fikir mübadiləsi dünyanın bu sahədə nəhəngləri ilə aparılır. “Yaşıl” regionun yaradılması, biotermal enerjidən, bərpaolunan mənbələrin istifadəsi, alternativ energetika həlləri və bənzər yanaşmalar Azərbaycanı bu istiqamətdə də fərqləndirəcək.Artıq ilkin işlərə də balşanılıb. Müasir təcrübə öyrənilir, aparıcı mərkəzlərin tətbiq etdiyi üsullar tam implementasiya oluna biləcək mərhələsindədir. Rəqəmsallaşma, dekarbonizasiya və desentralizasiyaya əsaslanan, fövqəladə hallarda elektrik enerjisi təchizatının davam etdirilməsi üçün ötürücü və paylayıcı şəbəkələrin optimallaşdırılması, enerjidən səmərəli istifadə edilməsi məqsədi ilə bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsini özündə ehtiva edən “ağıllı şəhər” təcrübəsinə dair təqdimatlar nümayiş etdirilib, dəyərləndirmə aparılıb. Bütün bunlar isə qarşıda nə qədər nəhəng işlərin dayanması gerçəkliyini ehtiva etməkdədir.
“Ağıllı şəhər”lərdə kommunal xidmətlərin fasiləsizliyinin təmin edilməsi də əhəmiyyətli məqam olaraq qeyd edilməkdədir
“Ağıllı şəhər”lərin daha bir üstünlüyü nəqliyyatın yüksək inkişafıdır. Dünya təcrübəsində “ağıllı şəhər”lər il ərzində təxminən nəqliyyat sektoruna yönəltdikləri investisiya həcmini 25 faiz artırırlar. Bu, təbii ki, həm nəqliyyatın tənzimlənməsi, eyni zamanda, tıxacların aradan qaldırılması baxımından vacibdir.Daha bir üstünlük rəqəmsal bərabərliyin inkişaf etdirilməsidir. Aparıcı mərkəzlər internet sürətinin daim artması, daha geniş zolaqlı internet kanallarının tətbiqi imkanlarını araşdırır və təbii ki, Azərbaycan qarşısında da keyfiyyətli internet əhatəsinin artması məsələsi də proirotet məqamlardandır.“Ağıllı şəhər”lərdə kommunal xidmətlərin fasiləsizliyinin təmin edilməsi də əhəmiyyətli məqam olaraq qeyd edilməkdədir. Həmçinin, “Ağıllı şəhər”lər prizmasında, yollar və körpülərlə bağlı daha əsaslandırılmış və sistemli infrastrukturunun qurulmasına, onların idarəedilməsinə, təmin edilməsi və gücləndirilməsinə diqqət ayırır. Nəhayət, bu yeniliklər ixtisaslı kadrların işlə təmin olunması və onlar üçün daha çox iş yerlərinin yaradılmasına da geniş imkanlar yaradılır. Bütün bunların həyata keçirilməsi isə asan olmasa da, mümkünsüz də deyil və Azərbaycan dövlətinin qarşısına qoyduğu vəzifəsi də yalnız müsbət nəticələrin əldə edilməsinə hesablanmış mükəmməl planlardır – innovasiya, inklüzivlik və dayanıqlıq gerçəkliyində.

Emin Əliyev,
Tarix üzrə fəlsəfə doktoru

sia.az

Digər xəbərlər