Azərbaycan COVAX proqramı çərçivəsində humanitar yardım kimi Qırğızıstana 40 min doza “AstraZaneca” vaksini göndərib.
“Manas” beynəlxalq hava limanında humanitar yardımın təhvil verilməsi mərasimində Qırğızıstanın xarici işlər nazirinin müavini Adaxan Madumarov və digər şəxslər iştirak ediblər.
Mərasimdə çıxış edən A.Madumarov Qırğızıstanda epidemioloji vəziyyətin çətin olduğu bir dövrdə humanitar yardım üçün dost Azərbaycana minnətdarlıq edib. O deyib ki, bu addım ölkələrimiz arasında qardaşlığın təzahürüdür.
Humanitar yardımın ayrılması ilə bağlı razılıq Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayevin bu il iyulun 1-3-də Azərbaycana səfəri zamanı əldə edilib.
Xatırladaq ki, ötən ilin aprelində COVID-19-la mübarizə tədbirləri çərçivəsində Azərbaycan Qırğızıstana 64 ton humanitar yardım göndərmişdi.
yap.org.az
Biz ən ciddi işçi qüvvəsi çatışmazlığını yaşayırıq...
Beynəlxalq investorlar bir həftə ərzində Çin səhm fondlarından 22 milyard dollar çıxarıblar...
Müharibə vergiləri və tələbatın azalması özəl biznesi boğur...
Bu, sadəcə zaman məsələsidir...