Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanın Avropaya ixrac etdiyi təbii qazın həcmi açıqlanıb. Dövlət Gömrük Komitəsindən SİA-ya verilən məlumata görə, 9 ayda ölkəmizdən İtaliyaya dəyəri 1 milyard 267,9 milyon ABŞ dolları olmaqla 3 milyard 995,4 milyon kubmetr, Yunanıstana 163,7 milyon dollarlıq 501,7 milyon kubmetr, Bolqarıstana isə 25,5 milyon dollarlıq 166 milyon kubmetr təbii qaz ixrac edilib.
Hesabat dövründə Türkiyəyə 1 milyard 206,7 milyon dollarlıq 7 milyard 832,9 milyon kubmetr, Gürcüstana 280,9 milyon dollarlıq 2 milyard 261,5 milyon kubmetr qaz ixrac olunub.
Qeyd edək ki, ilin ilk 9 ayında ölkədən ümumilikdə 14 milyard 927,1 milyon kubmetr qaz ixrac edilib, ixracın dəyəri isə 2 milyard 951,4 milyon dollar təşkil edib.
Xatırladaq ki, Türkiyə və Gürcüstan Azərbaycan təbii qazını Cənubi Qafqaz Boru Kəməri (CQBK) (Bakı-Tbilisi-Ərzurum) və TANAP-la idxal edir. Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib. 2018-ci il iyunun 12-də Əskişəhərdə istifadəyə verilən TANAP qaz kəməri ilə Türkiyəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi həmin il iyunun 30-da başlayıb. TANAP-la Türkiyəyə ildə 6 milyard kubmetr təbii qaz nəql edilir.
TANAP boru kəməri 2019-cu il iyulun 1-dən etibarən Azərbaycan təbii qazının Avropaya nəql edilməsi üçün hazır vəziyyətə gətirilib. TANAP-ın ikinci fazası isə 2019-cu il noyabrın 30-da istifadəyə verilib.
Azərbaycan təbii qazını Yunanıstan, İtaliya və Bolqarıstana nəql edən TAP boru kəməri ötən il noyabrın 15-dən istismara verilib. Dekabrın 31-dən isə kommersiya təbii qazının nəqlinə başlanılıb. TAP-la Avropa ildə 10 milyard kubmetr qaz nəql olunacaq.
ABŞ-ın ikinci dərəcəli sanksiyaları səbəbindən...
Çinin regionda öz maraqları var...
... Çətinlik Rusiya Federasiyasının ən azı yeddi bölgəsinə təsir edib...
Maliyyə köpüyü partlaya bilər və bu da ölkədə böyük bir böhrana səbəb ola bilər...
Pekin fundamental iqtisadi problemlərinin səbəblərini səhv şərh edir...
İşlənmiş dizel mühərriklərinin Rusiyaya idxalı səmərəsizdir...