İqtisadiyyat

  • 5 677

Aqrar sektorun sığortalanmasına niyə maraq göstərilmir? - ARAŞDIRMA

image

Bu sahədə fəaliyyət göstərən mütəxəssislər dünyada mövcud olan aqrar sığorta modellərini araşdıraraq mütərəqqi kənd təsərrüfatı sığortası sistemi olan ABŞ, Kanada, İspaniya, Türkiyə, İsrailin təcrübələrini öyrənir. Ölkələrin kənd təsərrüfatı mütəxəssislərin görüş və səfərləri, əldə edilmiş razılıqlar, təcrübə mübadilələri bu sahədə mövcud sistemləri dərinliklərə yiyələnməyə imkan verir. Həmin modellərin üstün və zəif cəhətləri araşdırılaraq, Azərbaycan üçün dövlət-özəl tərəfdaşlığını əsas tutan model hazırlanıb.Qanun Kənd təsərrüfatı sığortası fəaliyyətinin əsaslarının müəyyən edilməsinə, Aqrar Sığorta Fondunun fəaliyyətə başlamasına, dövlət-özəl tərəfdaşlığın təmin edilməsinə, kənd təsərrüfatı sığortasının qabaqcıl təcrübə əsasında həyata keçirilməsinə, kənd təsərrüfatı sığortası üzrə ekspertlər institutunun yaradılmasına, kənd təsərrüfatı sığortası üzrə statistik məlumatları özündə cəmləşdirən elektron informasiya sisteminin qurulmasına, kənd təsərrüfatı sığortası mexanizmində mütərəqqi təcrübəyə malik olan ölkələrin təcrübəsinin daha da yaxından öyrənilməsi və ölkədə olan kənd təsərrüfatı risklərinin təkrar sığortalanması üçün beynəlxalq əməkdaşlığın genişləndirilməsinə, stabil və təhlükəsiz kənd təsərrüfatı sığortası mexanizminin formalaşması üçün münbit zəminin formalaşmasına xidmət edəcək kifayət qədər tədbirlər görülür.Kənd təsərrüfatı məhsulu sığorta büdcəsi baxımından nümunə götürə biləcəyimiz qardaş Türkiyə Cümhuriyyəti 478 milyon avro ilə, Amerika, Çin, Hindistan, Kanada, Yaponiya və İspaniyadan sonra yeddinci yerdədir. ABŞ-da kənd təsərrüfatı məhsullarının sığorta haqqı 9,3 milyard avro, Çində 5,4 milyard avro, Hindistanda 2,8 milyard avro və Kanadada 1,3 milyard avrodur.Kənd təsərrüfatı sığortası obyektlərinin siyahısının genişləndirilməsi ilə bağlı hökumətə bir çox təkliflər verilir. Bu təkliflərə əsasən, siyahıda kənd təsərrüfatı sığortası obyektlərinin sayının genişləndiriləcəyi gözlənilir. İlk növbədə, bunlar, demək olar ki, hamısı meyvə, bostan və digər bitkilərdir. Sığortalanmalı kənd təsərrüfatı heyvanlarının siyahısı da nəzərdə tutulub. Kənd təsərrüfatı sığortası mexanizmi daim inkişaf edəcək və müvafiq olaraq xidmətlərin həcmi də genişlənəcəkdir. Sığorta və dövlət dəstəyi olmadan kənd təsərrüfatının inkişafı mümkün deyil.

Sığorta anlayışının mahiyyəti nədir?
İqtisadçı, ekspert Eldəniz Əmirov SİA-ya açıqlamasında bu barədə danışıb.
Sığorta anlayışı qarşıdakı müddətdə baş verə biləcək hər hansı xoşagəlməz hadisələrin mənfi fəsadlarının azaldılmasına yönəlmiş bir davranışdır. Kənd təsərrüfatı sahəsindəki sığorta isə bütün dünyada sığorta sektorunda ən təzadlı, ən problemli və ən riskli hissəsi kimi qiymətləndirilir.Çünki kənd təsərrüfatında xoşagəlməz hadisələrin risklərin baş vermə ehtimalı çox böyükdür. Risklər artdıqca sığorta məsələsində tərəddüdlər genişlənir. Amma kənd təsərrüfatında arzuolunmaz halların - daşqının, selin, yağıntının, quraqlığın ziyanvericilərin dağıdıcı fəaliyyətin baş vermə ehtimalı çox olduğundan zərəri də çox olması ehtimalı böyükdür. Azərbaycanda aqrotexniki qulluğun səviyyəsi dünya standartlarına baxanda kifayət qədər geridə qalıb, bu baxmından da bu sahə daha çox həssas sayılır. Sığorta təşkilatların bilavasitə kənd təsərrüfatı məhsullarının sığortalanmasına o qədər də maraq göstərmirlər. Çünki risklər böyük olduğundan, ziyanın dəymə ehtimalı da çox böyük olur.Bu kimi problemlərin həllinə yönəlik aqrar sığorta haqqında qanun qəbul olundu və Aqrar Sığorta Fondu yaradıldı. Fond üzərindən bilavasitə aqrar sahədə sığorta sistemi təkmilləşdirməyə hədəf olaraq götürülmüşdür. Fermerlər üçün sığorta sisteminin mahiyyətini anlamaq üçün bir "kalkulyator" yaradılmışdır. 20-yə yaxın bitkilərin sığortalanması fond tərəfindən sığortalanacaqdır. Amma görünən odur ki, Azərbaycanda aqrar sahədə sığortalanma proseslərində ciddi problemlər var. Bunun da kökündə duran səbəblər çoxdur. Birincisi fermerlərin bu sistem barəsində məlumatsızlığıdır. İkinci səbəb mövcud aqrotexniki qulluq səviyyəsinin və yaradılmış fermerlərin özünün yaratdığı şəraitin daha çox risk faktorlarının özündə daşımasıdır ki, bu sonradan sığorta hadisəsinin baş verməsinə gətirib çıxarır. Digər bir məsələ suvarma sistemlərinin normal tətbiq edilməməsidir. Su ehtiyatlarının kifayət qədər mövcud olmaması, toxum növlərinin qənaətbəxş olmaması, qulluğun lazımi səviyyədə aparılmaması kimi hallar ciddi risk faktorları yaradır. Aqrar sahədə sığorta sistemini təkmilləşdirmək istəyiriksə mütləq şəkildə aqrotexniki qulluğun səviyyəsini artırmalıyıq. Kənd təsərrüfatına dünyanın ən qabaqcıl ölkələrində olan aqrotexniki xidməti, aqrotexniki qulluğu, aqrotexniki vasitələri daşımalıyıq ki, biz bunun nəticəsində aqrar sığorta sektorunda canlanma görə bilək. Bu gün hər hansı bir fəaliyyətdə risk çoxdursa bu sahənin sığortalanması maraqsız olur həmçinin tərəflərin iqtisadi göstəriciləri səmərəsiz olur."Aqrar sığorta 2020-ci ilin fevral ayında fəaliyyət göstərməyə başlamışdır. Lakin pandemiya səbəbindən fondun fəaliyyəti 2020-ci ilin noyabrında başlamışdır. Aktiv olaraq real iş 2021-ci ilə təsadüf etdi və uyğun işlər görülmüşdür". Bu sözləri Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov deyib.Birinci il olduğuna baxmayaraq ölkədə taxıl istehsalı ilə məşğul olan vətəndaşlar və lahiyələr bir miyolana yaxın taxılın 30 faizini sığortaladıq.Hazırda Azərbaycanda qurulmuş mexanizmin ilk nəticələri göstərir ki, ölkədə bu xidmətlərə ehtiyac var. Ötən il 2020-ci ilə nisbətən ölkədə aqrar sığorta üzrə sığorta haqlarında 400 faiz artım olub. Bu, yaxşı bir göstəricidir. Növbəti dövrlərdə Azərbaycanda sistemin daha da effektiv və dayanıqlı çalışması, fermeryönümlü olması istiqamətində fikir mübadilələri aparılır.Biz Türkiyə Respublikası ilə birlikdə dövlət-özəl sektor əməkdaşlığı üzərində qurulan və hovuz sistemi prinsipi ilə çalışan aqrar sığorta mexanizminin digər türkdilli dövlətlərdə tətbiq edilməsi barədə düşünürük. Artıq Türkiyənin Özbəkistan Respublikası ilə aqrar sığorta sahəsində müəyyən razılaşmaları əldə olunub. Həmin razılaşma əsasında Azərbaycanda tətbiq edilən modelin eynisinin Özbəkistanda yaradılması üzərində müzakirələr gedir.Ötən il 2020-ci ilə nisbətdə sığorta ödənişlərində də müəyyən dəyişiklik var. Lakin ötən il toplanan sığorta haqlarının ödənişlərinin verilməsi bu ilə təsadüf edir. Çünki əsas əkin mövsümü ilin sonuna düşür. Aqrar Sığorta Fondunun sığorta haqları üzrə topladığı, 6 milyon manatın 5,5 milyon manatı ötən ilin dekabr ayında toplanıb. İnsanlar əkin sahələrinə toxumu noyabr-dekabr aylarında səpir, lakin məhsulun bitməsi fevral-mart aylarına təsadüf edir. Ona görə də biz ötən il yığdığımız sığorta haqları qarşısında nə qədər ödəniş etdiyimizi bu ilin sonlarında deyə bilərik.Hazırda aqrar sığorta vasitəsilə bir çox bitki növünü, kənd təsərrüfatı heyvanlarından isə südlük inəkləri sığortalamaq mümkündür. Yeri gəlmişkən, qarşıdakı aylarda bu siyahı həm bitkilər, həm də heyvanlar üzrə genişlənəcək. Sığorta tarifləri və sığorta haqlarına gəlincə, Aqrar Sığorta Fondu bu barədə daim ictimaiyyəti məlumatlandırır. Heyvanların sığortalanması üçün tariflər 6,1%-9,5% arasında dəyişir. Sığorta haqqının yarısını da dövlət ödəyir. Bu hesabla məsələn, qiyməti 1000 manat olan qeyri-cins heyvanın sığortalanması üçün sığorta haqqı 60 manatdır. Bunun yarısını, yəni 30 manatını fermerimizin yerinə dövlət, qalan 30 manatını fermer özü ödəyir. Bəs hadisə baş verdikdə nə olur? Fermer dərhal Fonda məlumat verir – bu şərtdir. Biz müstəqil ekspertləri hadisə yerinə göndəririk, onlar sığorta hadisəsi harada baş veribsə, orada hadisəni qiymətləndirirlər, hadisənin özünü, səbəbini, dəyən zərəri müəyyən edirlər və rəsmi qaydada fonda təqdim edirlər. Bundan sonra Fond yeddi iş günü ərzində bütün sənədləri emal edib, hazırlayıb sığorta ödənişini həyata keçirir. Yəni, istənilən fermer əkin sahəsini və heyvanlarını sığortalayıb, hadisə baş verəndə ödənişini ala bilər. Bir şərtlə ki, bu sahə və heyvanlar elektron sistemdə qeydiyyatdan keçmiş olsun.Artıq bitkilərin, əkin sahələrinin 96-97%-nə xidmət göstəririk. 2020-ci ilə qədər bu yox idi. 2020-ci ildə 14 bitkinin sığortasına başladıq. İndi sığortalanan bitkilərin sayı 41-ə kimi artırılıb. Bu isə o deməkdir ki, Azərbaycanda əkilib-becərilən məhsulların 96%-ni sığortalamaq mümkündür. Məsələn, əvvəl soya istehsalçısı müraciət etsə də, məhsulunu sığortalaya bilmirdi. Amma artıq məhsulunu sığortalamaq imkanı yaranıb. İndi əsas hədəfimiz ölkədə becərilən bitkilərin sığortasını 100% həddinə çatdırmaqdır. Bundan əlavə, növbəti illərdə arıçılıq və quşçuluq təsərrüfatlarının sığortanmasına da başlayacağıq.

Havar Şəfiyeva

Digər xəbərlər