Müsahibə

  • 1 704

Pavel Klaçkov: Dünyada ağalıq dövrü başa çatıb, Azərbaycan da bunu dərk edir - MÜSAHİBƏ

image

Rusiya hökuməti yanında Maliyyə Universitetinin filial direktoru, politoloq Pavel Klaçkov Azərbaycanın Qərbi sərt tənqid etməsinin səbəblərini “Moskva-Baku” portalına şərh edib. Müsahibəni oxucularımıza təqdim edirik.

- Pavel Vladimiroviç, Ermənistan-Azərbaycan münaqişəsində yenidən siyasi “partlayışlar” var. Şuşa Qlobal Media Forumunda Azərbaycan prezidenti İlham Əliyev yenidən Qərbi sərt tənqid edib. Bu, Ermənistanın baş nazirinin Britaniyada Azərbaycan lideri ilə görüşdən imtina etməsi fonunda baş verib...

- Çox güman ki, Azərbaycan və Ermənistan liderləri arasında görüş ona görə baş tutmadı ki, şərtlər dəyişdi, çünki bu gün beynəlxalq kontekst dəyişir. Ola bilsin ki, indi danışıqlarda fasilə verilsin. Bu, görünür, Bakı və İrəvanın sülhün nəticəsini fərqli görməsi ilə bağlıdır. Və beynəlxalq vəziyyətin gələcək inkişafı. Biz ABŞ-da hələ də nəticəsini proqnozlaşdırmaq çətin olan prezident seçkiləri ərəfəsindəyik. Təbii ki, hər şeyi ştatlarda kimin hakimiyyətə gələcəyinə- respublikaçılara və ya demokratlara bağlamaq olmaz. Amma seçkilərin nəticələri dünyada bir çox siyasi proseslərə təsir edəcək.

Azərbaycanın möhtərəm prezidenti İlham Əliyevin Qərbi birmənalı şəkildə tənqid etməsi heç də təəccüblü deyil. Qərb həmişə Azərbaycana, eləcə də Rusiyaya çox güclü təzyiqlər edib. İndi isə o, zəifləyir, onun dünya nizamı modelləri aşınır. Və bu gün dövlətlər tərəfindən Vaşinqton və ya London qarşısında “andiçmə” getdikcə arxaik görünür. Deyə bilərik ki, bunlar keçmişdə ilişib qalmış suveren olmayan dövlətlərdir. Rusiya da bir vaxtlar belə idi, amma axırda ayıldıq. Amma keçmişdə qalan bəzi dövlətlər, deyəsən, bu gün dünyada baş verənləri anlamırlar. Dünyanın dəyişdiyini görmürlər. Onlar isə qəhrəman Saltıkov-Şedrinin başındakı orqan kimi eyni şeyi təkrarlamağa davam edirlər.

Təbii ki, Qərb bu gün də böyük qüvvə olaraq qalır. Ancaq eyni zamanda, burulğan dövrünə qədəm qoyur. Onun dünya nizamı fəaliyyətsiz və təsirsiz olur. Bunu isə Qərbin onlara və bütövlükdə dünyaya təzyiqindən yorulan dövlətlərin sayının artması müşahidə olunur. Və Qlobal Cənubun bir çox ölkələri, indi adətən dünya əksəriyyəti adlandırılır, yeni, ədalətli dünya nizamı üçün mübarizə aparır.

Əgər əvvəllər bir çox dövlətlər Amerika prezidentinin “ağzına baxırdılarsa”, indi Amerikanın nə olduğunu görürük. Siyasət mümkün olanın sənətidir. Amma bugünkü reallıqlar Qərbin xeyrinə danışmır. Azərbaycan Prezidenti bugünkü siyasi tendensiyaları və gələcəyin tendensiyalarını çox həssaslıqla dərk edir.

Biz görürük ki, bunun fonunda Azərbaycan Prezidenti Azərbaycan-Rusiya münasibətləri haqqında çox yüksək danışır. Qeyd edir ki, iki ölkə arasında həll olunmamış problem yoxdur. Doğrudan da, Rusiya və Azərbaycanın taleyi mehriban qonşu olmaq, xüsusən də bu gün dövlətlərimizin maraqlarına uyğun qarşılıqlı fəaliyyət göstərməkdir. Bizim müttəfiqlik və strateji tərəfdaşlıq münasibətlərimiz var. Liderlərimiz arasında münasibətləri çox isti kimi qiymətləndirmək olar. Azərbaycan Rusiya üçün etibarlı tərəfdaş kimi özünü təsdiq edib. Bu gün iki dövlətin diqqət mərkəzində birgə strateji layihələr, məsələn, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi və bir çox başqa layihələr var.

Azərbaycan prezidenti İlham Əliyev realistdir. O, Qərbin getdikcə “dağdan aşağı yuvarlandığını” görür. Bu baxış isə Azərbaycanın vəziyyətə real baxışı və gələcək perspektivlərinin hesablanmasıdır. Bu real siyasətdir. Əliyev möhtərəm Azərbaycan dövlətini qayalıqların arasından keçən gəmi kimi irəli aparır. İlham Əliyev böyük və mürəkkəb gəminin yaxşı kapitanıdır və dövlətin inkişafı və çiçəklənməsi üçün nəyin faydalı, nəyin isə yararsız olduğunu görür. Azərbaycan Prezidenti ən çətin vəziyyətlərə tab gətirə bilən istedadlı siyasətçidir. Və hesab edəndə ki, Qərbi tənqid etməkdə, ədalətsizliklə mübarizədə sərt, lakin ədalətli mövqe tutmaq imkanı var, o zaman bunu edir.

Rusiya və Azərbaycan bu və ya digər dərəcədə müasir dünya siyasətinin reallıqlarını eyni cür görür və eyni çağırışları görürlər.

- Bir çox ölkələr birdən-birə dünyada ədalət uğrunda mübarizəyə başladılar. Nə baş verdi?

- Bu, dünya siyasətində hakimiyyətin və təsirin yenidən bölüşdürülməsində obyektiv proseslərin nəticəsidir. Qərb uzun müddətdir ki, dünyanın hegemonu olub. Cavab vermək vaxtıdır.

Artıq ölkələr peyk buxovlarından, köləlik buxovlarından çıxırlar. Bu, sağlam dövlətlərin müstəqil inkişaf etmək, dünyada müəyyən təsir və çəkiyə sahib olmaq üçün sağlam istəyidir. Belə ki, xalqların özünə hörməti olsun. Bütün xalqlar və ölkələr qulluqçu olmaq istəmir. Bu gün çoxları öz adət-ənənələrinə uyğun olaraq xoşbəxt yaşamağa çalışırlar ki, heç kim onlara necə yaşamağı diktə etməsin. Bu proseslər obyektiv xarakter daşıyır. Beləliklə, onların vaxtı gəldi.

- Amma bəzi ölkələr bu gün də bu əsas cərəyandan fərqlənirlər. Məsələn, Ermənistan hərbi komponent və sair baxımından Qərbə getdikcə yaxınlaşır. Dünən ona Avropa Sülh Fondu vasitəsilə 10 milyon avro ayrılıb.

- Belə ölkələr bədbəxt ölkələrdir. Bunlar o dövlətlərdir ki, heç vaxt “qul” vəziyyətindən çıxmağa güc tapmayıblar. Yaxud bu “qul” dövləti bu yaxınlarda satın alınıb. Onların bu kiçik "qul" xoşbəxtliyi var - böyük ağaya xidmət etmək. Amma “ağa”nın uzun müddətdir ki, o qədər də böyük olmadığını fərq etmirlər. Ki, o, çoxdan qocalıb, köhnəlib. Belə ölkələrin, daha doğrusu, onların hakimiyyətlərinin, rejimlərinin, bütün cəhdləri lakin əksər hallarda xalqların deyil, ağaların yaxın dostu olmaqdır. Amma bəlkə də “sahibi” artıq bunu qiymətləndirə bilmir.

- Ermənistanın baş nazirinin Britaniyada Azərbaycan prezidenti ilə görüşdən imtina etməsindən sonra ilin sonuna kimi Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması üçün hansı perspektivləri görürsünüz? Azərbaycan tərəfi bəyan edib ki, sülh müqaviləsi təxminən 80-90 faiz hazırdır.

- Perspektivlərdən danışmaq olduqca çətindir. Bilirsiniz, bu, kompüter proqramını yeniləməyə bənzəyir: yeniləməni gözlədiyiniz zaman o, yenidən işə düşür və yükləməyə 1 faiz qalır. Və hər şey birdən pozulur. Odur ki, perspektivlərdən danışmaq hələ də çətindir, xüsusən də Qərbin “tərəfdaşları” sülh prosesinə fəal şəkildə “kömək etmək” istədikləri zaman.

Tərcümə - Elçin Bayramlı

Digər xəbərlər