PDF Oxu

Müsahibə

  • 6 450

Rusiya XIN keçmiş müavini: Zəngəzur dəhlizi Cənubi Qafqazda ciddi təsir mövzusudur - MÜSAHİBƏ

image

Rusiya xarici işlər nazirinin keçmiş müavini (1990-1991) Andrey Fyodorov “Moskva-Baku” portalına müsahibəsində Zəngəzur dəhlizi boyunca Moskva, Tehran, Bakı və İrəvan arasında baş verənlərlə bağlı fikirlərini bildirib. Müsahibəni təqdim edirik.

- Andrey Vladimiroviç, Rusiya, Azərbaycan və İran arasında Zəngəzur dəhlizi adlanan dəhliz ətrafında nə baş verir? Son həftələr Tehran rəsmiləri dəhlizə qarşı olduqca sərt çıxış ediblər. Eyni zamanda, gördüyümüz kimi, Moskva diplomatik cavab verir.

- Bu, regionun gələcək inkişafı konsepsiyası və bu perspektivdə İranın yeri ilə bağlıdır, çünki Tehran indiki vəziyyətdə daha çox imkanlara, o cümlədən nəqliyyat kommunikasiyaları vasitəsilə regiondakı vəziyyətə təsir etmək istəyir. Söhbət ondan gedir ki, İran Azərbaycan və Rusiyanın bu və ya digər dərəcədə bu dəhlizə nəzarət etmək istəməsindən narazıdır, bu barədə razılaşma Rusiya, Azərbaycan və Ermənistanın üçtərəfli bəyanatında da öz əksini tapıb. Tehran Zəngəzur dəhlizi deyilən layihənim həyata keçməsilə regionda öz təsirini müəyyən qədər itirəcəyini hiss edir. Bu, təcrid olunmaqda davam edən İran üçün ən böyük məsələlərdən biridir.

Eyni zamanda, Rusiyanın müxtəlif sahələrdə İranla bağlı böyük planlarının olduğunu da nəzərə almaq lazımdır. Bu, Hindistana gedən nəqliyyat marşrutuna, qaz təchizatına və digər istiqamətlərə təsir göstərir. Üstəlik, Moskva və Tehranın gündəliyində bir neçə ildir bağlanması müzakirə olunan strateji əməkdaşlıq haqqında yenilənmiş sazişin imzalanması var. BRİCS toplantısı çərçivəsində Sankt-Peterburqda İranın nümayəndəsini qəbul edən Vladimir Putin qeyd edib ki, Rusiya hakimiyyəti oktyabr ayında Kazanda keçiriləcək BRİCS sammitində İslam Respublikasının yeni prezidenti Məsud Pezeşkianı gözləyir.

- İran, görürük ki, Zəngəzur dəhlizi məsələsində Ermənistanın tərəfini tutur. İran rəsmiləri deyir ki, Tehran qonşu dövlətlərin sərhədlərinin dəyişdirilməsinə imkan verməyəcək... Və bunun fonunda Ermənistanın baş naziri sadəcə olaraq 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatında FSB-nin nəqliyyat marşrutuna nəzarəti ilə bağlı sitatı götürüb açıq şəkildə istisna edir. Moskva, Bakı və İrəvanın. İndi mətbuatda Zəngəzur dəhlizi ilə bağlı Rusiya və İran tərəfindən hansısa anlaşılmazlıqdan danışılır. Bu doğrudurmu?

- Desək ki, Ermənistanın baş naziri nəqliyyat və iqtisadi əlaqələrin blokunun açılması ilə bağlı üçtərəfli bəyanatdan sitatı götürüb və bilərəkdən təhrif edib, onda deyə bilərik ki, bu, siyasətdə normaldır. İstənilən siyasətçi onun üçün sərfəli mənzərə yaratmağa çalışır. Gerçək olmasa belə. Paşinyan da istisna deyil. Üstəlik, o, ABŞ və Avropa İttifaqının böyük dəstəyini hiss edir. İndi Ermənistanın baş naziri hər şeyə gedir. Ermənistanın Qərbə istiqamətli kursunun dəyişməsi reallaşmalı olan reallıqdır.

“Zəngəzur dəhlizi” layihəsi regionun bütün nəqliyyat kommunikasiyaları sistemini dəyişdirə biləcək həqiqətən ciddi layihədir. Əgər hansısa kiçik yoldan danışsaydıq, bu bir şey olardı, amma yox, bu, həqiqətən də ciddi layihədir... Və onun əhəmiyyətini hamı anlayır, buna görə də ictimai bəyanatlarla nəticələnən mübarizə gedir.

Eyni zamanda, mən Moskva ilə Tehran arasında Zəngəzur dəhlizi məsələsində “anlaşılmazlıq” yarandığını deməzdim, daha yumşaq desəm, “uyğunsuzluqlar”. Bəli, uyğunsuzluqlar var. Və eyni zamanda, bayaq dediyim kimi, Rusiya və İran indi strateji əməkdaşlıq haqqında ikitərəfli iyirmi beş illik, hətta sonsuz sazişin imzalanması qarşısındadır. Və bu, açığı, Moskva və Tehran üçün Zəngəzur dəhlizindən daha vacibdir.

Gəlin realist olaq. Rusiya FSB-nin Azərbaycandan onun Naxçıvana Ermənistan ərazisindən keçən nəqliyyat marşrutuna nəzarəti bir neçə il əvvəl mümkün olub. İndi vəziyyət tamamilə dəyişib. Və daha da dəyişəcək.

Bu gün biz bir neçə il əvvəl olduğundan fərqli bir Ermənistan görürük. Biz nə qədər istəsək də, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatı çərçivəsində əvvəlki razılaşmalar de-fakto bu gün artıq yoxdur, çünki Ermənistanın təhlükəsizlik sistemi dəyişir. Cənubi Qafqazın təhlükəsizlik sistemi dəyişir. Qərb bunu Ermənistan vasitəsilə dəyişir. Paşinyanın 4 il əvvəl üçtərəfli bəyanat imzalaması o demək deyil ki, onun hər bir bəndini yerinə yetirməyə hazırdır. Azərbaycan və Ermənistan arasında nəqliyyat və iqtisadi əlaqələrin blokunun açılması ilə bağlı gördüklərimiz budur. Bəyanatın o maddəsi İrəvan tərəfindən qəsdən təhrif edilir. Bəzi yeni mənalar təqdim olunur.

- Azərbaycan və İran iki il əvvəl İran ərazisindən keçən Zəngəzur dəhlizinə alternativ layihənin icrasına başlayıb. Zəngəzur dəhlizinin Bakıya və Moskvaya ehtiyacı olduğu halda onun real perspektivləri necədir?

- Hələ ki, demək çətindir. İranın öz mövqeyi var. Üstəlik, İran prezidenti dəyişib. Çox müxtəlif çətin anlar var. Ancaq başa düşmək lazımdır ki, İran başqasının deyil, öz tərəfində oynayır. Və o cümlədən Ermənistan tərəfində deyil. Vəziyyəti qiymətləndirərkən bundan irəli getməliyik.

Ermənistan inamla Qərbə doğru sürüklənir. İndi Paşinyan Moldovada seçkilərin bitməsini gözləyir ki, daha sonra öz ölkəsində də eyni referendumu keçirə bilsin. Gürcüstandakı seçkilər də Zaqafqaziyada vəziyyəti xeyli dəyişə bilər. Əgər Gürcüstanda qərbyönlü qüvvələr hakimiyyətə gəlsə (bu, təxminən 60 faiz ehtimaldır), o zaman Rusiya və Azərbaycanın regionda başqa vəzifələri olacaq. Onda bizim indi işlədiyimiz bütün sazişlər, Ermənistan tərəfinin üçtərəfli bəyanatı ilə bağlı sazişlər tarixdən silinəcək, çünki Cənubi Qafqazda Gürcüstan və Ermənistanın qərbyönlü birliyindən danışmaq mümkün olacaq.

Bundan əlavə, Amerikada Kamala Harrisin hələ də qalib gəlmə ehtimalı yüksək olan seçkilər gözlənilir. Və sonra Trampın qələbəsi variantından fərqli olaraq nə Rusiya, nə də Azərbaycan üçün yaxşı heç nə gözləmək lazım deyil.

- Ermənistan hakimiyyəti, gördüyümüz kimi, ilk “İrəvan dialoqu”nu təşkil etdi. Bu, İrəvanın Ermənistan-Azərbaycan prosesi çərçivəsində dünyanın müxtəlif yerlərindən müxtəlif qüvvələri öz tərəfinə çəkmək cəhdidirmi? Paşinyanın İrəvan dialoqunda Ermənistan-Azərbaycan prosesi ilə bağlı verdiyi şərhlərin, reallıqdan uzaq yozumlarının nə qədər səsləndirdiyini görürük...

- “İrəvan dialoqu” İrəvanın yeni Ermənistanı, işləmək və dostluq etmək üçün ölkə kimi mövqe tutan Ermənistanı satmaq cəhdidir. Bəli, təbii ki, bu, Ermənistan-Azərbaycan prosesində baş verən hadisələri dünyaya şərh etmək üçün növbəti cəhddir. Paşinyanın 9-10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının 8-ci bəndindən mühüm ifadəni necə buraxdığına bənzətməklə. Bu, xarici tərəfdaşlara baxışınızı aşılamaq cəhdidir.

- Bir neçə aydır ki, Paşinyan indi hadisələrin necə inkişaf edəcəyini gözləyir. İndi o, Azərbaycanı tərəflərin razılaşmadığı 4 bənd olmadan sülh sazişi imzalamağa dəvət etdi. Üstəlik, bu məqamlara çox ciddi bir məsələ daxildir- Azərbaycana qarşı ərazi iddialarının Ermənistan Konstitusiyasından çıxarılması. Bakı belə qısaldılmış imza variantının qəti əleyhinədir...

- Bu, Ermənistanın baş nazirinin siyasi oyunudur. Paşinyan hər şeyi belə təqdim edir: Mən hər şeyi imzalamağa hazıram. Müqavimət göstərən Azərbaycandır, mən də yaxşı, xeyirxah və konstruktivəm. Bu, adi bir siyasi oyundur, onu Ermənistanın baş nazirinin Azərbaycanı yıxmaq vəzifəsini qoyduğu oyun kimi dəqiq qəbul etmək lazımdır. Bütün bunlar necə bitəcək- gəlin bu payızın sonuna qədər gözləyək.

- Vladimir Putin Azərbaycanda dövlət səfərində olub. Əliyevlə Ermənistan-Azərbaycan nizamlanması məsələsini müzakirə ediblər. Doğrudan da, Putinlə Əliyev bu məsələdə nə danışıblar?

- Əminəm ki, Vladimir Vladimiroviç irəli sürdüyü sxemdə hər şeyin həyata keçirilməsində maraqlıdır. Bu, üçtərəfli bəyanatdır. Zaqafqaziyada baş verənləri Qərblə Ermənistanın oyunu nöqteyi-nəzərindən həqiqətən də bəyənmir. Lakin Moskva indi də Ermənistanın qollarını bura bilməz. Mən hesab edirəm ki, bu məsələ Putinlə Əliyev arasında Ermənistan-Azərbaycan prosesi ilə bağlı danışıqların gündəliyində olub.

Tərcümə - Elçin Bayramlı

Digər xəbərlər