PDF Oxu

Müsahibə

  • 12

Elman Nəsirov: “Dağlıq Qarabağ münaqişəsi tezliklə öz həllini tapacaq”

Elman Nəsirov: “Dağlıq Qarabağ münaqişəsi tezliklə öz həllini tapacaq”

- Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev Dağlıq Qarabağla bağlı danışıqların uzun müddətə aparılmasını əleyhinə olduğunu və işğal altında olan torpaqların azad edilməsi üçün müharibə variantı üzərində düşünməli olacağını söyləyib. Bu bəyanatı necə şərh edərdiniz?

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin iki yolu var. Bu yollardan biri indiyə kimi aparılan danışıqlar yoludur, yəni sözügedən problemin sülh yolu ilə həlli variantıdır. İkincisi isə hərbi yolla Azərbaycan torpaqlarının işğaldan azad edilməsi variantıdır. İndiyə qədər Azərbaycan dövləti məhz sülh yolu ilə sözügedən problemin həllinə çalışır və bu istiqamətdə fəaliyyət göstərir. Bildiyimiz kimi, Prezident İlham Əliyevin Münhen görüşündən öncə, sərt bir bəyanatı oldu və O, qeyd etdi ki, "Azərbaycanın yeritdiyi sülhpərvər siyasətinə baxmayaraq, Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən, hələ də bu münaqişə öz həllini tapmayıb. Ermənistan bilərəkdən vaxtı uzatmaq yolunu seçib. Biz bunu çox yaxşı dərk edirik ki, ermənilər bu cür vaxt uzatmaqla məşğuldur. Danışıqlar naminə danışıqlar bizə lazım deyil. Münhen görüşündə də Ermənistan əvvəlki mövqeyini və siyasətini dəyişməsə, istisna deyildir ki, Azərbaycan, bütövlükdə, danışıqlardan imtina etsin. Danışıqlardan imtina etməyin özü isə, təbii ki, münaqişənin həlli ilə bağlı indiyə kimi yeridilmiş sülh danışıqlarından imtinaya bərabərdir." Belə bir vəziyyətdə, ölkə Prezidenti İlham Əliyev xüsusilə vurğuladı ki, beynalxalq təşkilatlar, beynəlxalq birlik, ikili siyasət yeridir. Bir çox oxşar vəziyyətlərdə olan münaqişənin həllinə ciddi səy göstərdikləri halda, Dağlıq Qarabağ probleminə münasibətdə biz bu səyi, addımı görmürük. Buna görə də Azərbaycan dövləti və xalqı ancaq özünə inanmalı, özünə arxalanmalı və daha da möhkəmlənməlidir. Sözügedən münaqişənin həllinə yalnız öz gücmüz və potensialımız hesabına nail ola bilərik. Məsələ ondadır ki, Azərbaycan sülh yolunu hər zaman müdafiə edir və bununla da sülhpərvər dövlət olduğunu təsdiqləyir. Amma elə bir məqam gəlir ki, qarşı tərəf bunu bəzən zəiflik əlamət kimi dəyərləndirir və bəzən də hesab edir ki, Azərbaycanın doğurdan da müharibə etmək niyyəti yoxdur. Əslində isə, vəziyyət belə deyil. Respublikamız müharibəyə başlamaq istəsə və belə bir siyasi qərarı qəbul etmiş olsa, bunun özü heç bir beynəlxalq hüquq prinsiplərinə zidd olmayacaq. Çünki məlumdur ki, BMT-nin münaqişə ilə bağlı 4 qətnaməsi var. Hansı ki, müharibənin başlanmasına Azərbaycanın əlində çox ciddi beynəlxalq hüquqi arqumentlər və sənədlər var. Bundan başqa, BMT-nin nizamnaməsinin 51-ci maddəsinə görə, hər bir dövlətin özünün müdafiə hüququ var. Nəhayət, BMT-nin nizamnaməsinin 25-ci maddəsinə əsasən, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarları yerinə yetirilməsi icbari xarakter daşıyır və bu günə kimi, həmin o 4 qətnamə yerinə yetirilməyib. Əslində, BMT özü unversal beynəlxalq təşkilat olmasına, beynəlxalq hüququn müdafiəsində dayana biləcək bir təşkilat olmasına baxmayaraq, özünün qəbul etdiyi sənədlərin həyata keçirmə mexaniziminə malik deyil. Bütün bu reallıqlardan çıxış edərək, Azərbaycan dövləti, təbii ki, Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan xalqının da səbirinin bir hüdudu var. Belə olduğu tədqirdə, Prezidentin məlum bəyanatı səsləndi ki, indiki vəziyyətdə Azərbaycan xalqının da səbir kasası daşıb və istisna deyildir ki, Ermənistanın mövqeyində dəyişilik olmasa, ölkəmiz münaqişənin həlli yolunu tapmalıdır. Bu variantda söhbət, təbii ki, hərbi qüvvə tədbiq etməkdən gedir və bu, ön planda olan məsələlərdən biridir. Ümumiyyətlə, onu qeyd edim ki, Prezident İlham Əliyevin qətiyyətli mövqeyi nəticəsində Dağlıq Qarabağ münaqişəsi öz həllini tapacaq.

- Azərbaycan-Rusiya münasibətlərində daha da yaxınlaşma müşahidə olunmaqdadır. Bu, Dağlıq Qarabağ münaqişəsinin həllini tezləşdirəcəkmi?

Rusiya regionda nüfuzu olan dövlətidir. Adıçəkilən Rusiya fövqəldövlət olmağa iddialı dövlətdir. Rusiya həm də bizim problemimizlə məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biridir. Fikrimcə, RF Ermənistana ən geniş təsir və təzyiq imkanları olan bir dövlətdir. Belə olacağı tədqirdə, hər kəsə məlumdur ki, Ermənistan Rusayanın dəstəyi ilə özünün işğalçılıq siyasətini həyata keçirib. Əgər bu dəstək olmasaydı, Ermənistan bu işğalı həyata keçirə bilməzdi. Amma zaman və şərait dəyişir. Məlum avqust hadisələrindən -Gürcüstanla Rusiyanın 5 günlük müharibəsindən sonra, bəlli oldu ki, Qərbin və xüsusilə, başda ABŞ olmaqla, NATO ölkələrinin RF-nın Gürcüstanla apardığı müharibəyə münasibətdə davranışı bir daha təsdiqlədi ki, regionda əsas söz sahibi məhz Rusiyadı. Əgər bu, bir həqiqətdirsə, belə olan təqdirdə, bu dövlətin razılığını almadan Qarabağ probleminin həllində ciddi bir irələyişə nail olmaq qeyri mümkündür. Eyni zamanda, Dağlıq Qarabağ müharibəsində aqressiv və işğalçı tərəf olan Ermənistanın məhz Rusiyadan asılılığını nəzərə alsaq və Ermənistanın mövqeyində bu və ya digər konstruktivlik dəyişiliklər mümkün olacaqsa, bu, yenə də Rusiyanın təzyiqi ilə ola bilər. Əks-halda, bu, mümkün olmaz. Belə vəziyyətdə, təbii ki, Azərbaycan dövləti də proseslərin bu cür gedişində öz siyasətinin konturlarını cızır və onları müəyyənləşdirir. Bu kontekstdə, mənə elə gəlir ki, Azərbaycan-Rusiya münasibətlərinin yaxınlaşması və daha da istiləşməsi hər iki tərəfin maraqları kontekstində baş verir. Yəni Rusiyanın Azərbaycanla bağlı maraqları, Azərbaycanın Rusiya ilə bağlı maraqları indiki məqamda və əvvəl haqqında bəhs etdiyim reallıqlar fonunda, daha çox üst-üstə düşür.

- Ermənistanın keçmiş müdafiə naziri qeyd edib ki, Azərbaycan Ermənistana qarşı hərbi əməliyyata başlayarsa, o zaman Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan ölkələr də bu münaqişəyə cəlb olunacaq. Sizin bu məsəyə münasibətiniz necədir?

- Ermənistının keçmiş müdafiə nazirinin bu fikirləri daha çox Azərbaycan tərəfinə təzyiq mahiyyəti kəsb edir və bu motivlər bununla bağlıdır. Məsələ ondadır ki, həqiqətən də, həm Ermənistan, həm də Rusiya KTMT-nin üzvüdür. Bu təşkilatın nizamnaməsinə görə, təşkilat üzvlərindən birinə hücum olarsa, digərləri həmin üzv ölkəni müdafiə etmək öhdəliyi götürüblər. Amma Ermənistanın keçmiş müdafiə naziri Azərbaycanın heç də Ermənistana hücum etmək niyyətində olmadığını yaxşı bilir. Ölkəmiz öz torpağı olan Dağlıq Qarabağı işğaldan azad etmək istəyir. Qonşu Ermənistana qarşı müharibə etmirik ki, KTMT-nin nizamnaməsi də işə salınsın. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək üçün müharibəyə başlaya bilər. Yəni söhbət Azərbaycanın Ermənistana qarşı təcavüzündən getmir, sadəcə, işğal altında olan torpaqlarımızı işğaldan azad etmək istəyimiz var.

- Azərbaycanla Ermənistan arasında müharibə baş verərsə, ABŞ və digər Qərb ölkələrinin münasibəti necə olacaq?

- Amerika Birləşmiş Ştatlarını hazırda Rusiya ilə bağlı başqa məsələlər maraqlandırır. Onu da qeyd edim ki, RF-nin ballistik raketləri ABŞ-a tuşlanıb. Adlarını çəkdiyim bu iki ölkəni daha çox Əfqanıstan maraqlandırır. Hazırda Dağlıq Qarabağ məsələsi Birləşmiş Ştatların ciddi maraq dairəsində deyil. Regionun enerji təhlükəsizliyi məsələsi ABŞ-ın maraqlarına daha çox uyğundur. Müharibənin başlayacağı tədqirdə, Birləşmiş Ştatlarında təzyiq etməsi mümkündür. Yəni Azərbaycan müharibə edərsə, adıçəkilən ölkənin dəstəklədiyi həmin o enerji layihələri üçün böyük təhlükə yarana bilər. Ona görə də, Birləşmiş Ştatlar daha çox öz marağından çıxış edir ki, müharibə baş verməsin. Mənə elə gəlir ki, hazırda münaqişənin nizamlanması istiqamətində əsas tərəf kimi, Rusiya iştirak edir. RF-nin, doğurdan da, niyyəti olsa ki, Dağlıq Qarabağ münaqişəsi həllini tapsın, onda münaqişəni həlli istiqamətində dönüş nöqtəsi yarana bilər. Əgər RF bu münaqişənin həllini istəmirsə, hər vəchlə münaqişəsinin həllinə mane olacaq. Yəni bu münaqişənin həllində əsas həlledici tərəf qismində ABŞ yox, RF iştirak edir.

Digər xəbərlər