Müsahibə

  • 7 011

Saxta qazi olmur, saxta insanlar olur - QAZİLƏR SİA-YA DANIŞDI - SORĞU

image

Xalqımızın 30 illik həsrətinə nəhayət son qoyuldu. Torpaqlarımız düşmən tapdağı altından xilas oldu. Bunların hamısı Azərbaycan Respublikasının Ali Baş Komandan İlham Əliyevin və müzəffər ordumuzun gücü sayəsində baş verib. Biz bununla bütün dünyaya öz gücümüzü göstərdik.
Dövlətimiz vətən uğrunda canından keçən şəhidlərimizin ailəsi, qazilərimiz, müharibə iştirakçılarımız üçün bir çox tədbirlər həyata keçirib. Onların həyat və şəraitinin yaxşılaşdırılması istiqamətində bir sıra sərəncamlar imzalanıb, qazilərimizin müalicəsi üçün reabilitasiya mərkəzi yaradılıb. SİA olaraq qazilərimiz arasında sorğu keçirdik:

Xüsusi təyinatlı qazi Elvin Vəlizadə: “Müharibə bitdikdən sonra Cənab Ali Baş komandanın göstəriş və tapşırıqlarına əsasən şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına xüsusi diqqət və qayğının göstərilməsinə başlanıldı. “Yaşat” Fondunun yaradılması bütün növ sosial təminat növləri ilə təmin olunma buna misal olaraq göstərilə bilər. Şəhidlərimizin adlarının tanınması və əbədiləşdirilməsi üçün görülən işləri də müsbət qiymətləndirmək olar. Unutmayaq ki, bugünkü müstəqilliyi Ulu Öndərin siyasətinə və bu siyasəti şərəflə davam etdirən Ali Baş Komandan İlham Əliyevə, şəhidlərimizə qazilərimizə müharibə veteranlarına borcluyuq. Bir daha göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına Ali Baş Komandan cənab İlham Əliyevə təşəkkürümü bildirirəm. Cəbrayıl, Füzuli, Xocavənd və Şuşa istiqamətlərində döyüşmüşəm. Qırmızı bazar deyilən ərazidə mühasirəyə düşmüşük, yaralanmışam. Cəbrayıl, Füzuli, Xocavənd, Şuşa şəhərinin azad olunması vətən uğrunda medalları ilə təltif olunmuşam”.

Qazi Ramil Bayramov: “44 günlük Vətən müharibəsində iştirak etmişəm və vətənimin dar günündə onu qorumağı özümə borc bildim. Müharibə zamanı 2 dəfə yaralanmışam. 3-cü qrup Qarabağ əliliyəm. Birinci yaralanmamda kəllə-beyin sirkələnməsi almışam. Dövlət hər zaman şəhid ailələrinin və qazilərin yanındadır. Onların həyat şəraitinin yaxşılaşdırılması üçün bir çox tədbirlər görürlər. Bir çox şəhid ailələri və qazilər mənzillə təmin olunub. Maşınlarla təmin olunub. Şükürlər olsun ki, dövlət bizim arxamıxdadır”.

Xüsusi təyinatlı ehtiyyatda olan gizir Rəşad Novruzov: “Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını vermiş şəhidlərimizin hər birinə Allah rəhmət eləsin. Qazilərimizə şəfa arzulayıram, tezliklə sağlamlıqlarına qovuşmalarını arzulayıram. Azərbaycan ordusu Vətən müharibəsində böyük şücaət göstərmişlər. Düşmən üzərində tarixi qələbə qazandı. Saxta qazi olmur, saxta insanlar olur. Saxtalığa əl atan insanlar olur. Hələ də qaziliyi təsdiq olunmayan döyüşçülərimiz var. Müzəffər Ali Baş Komandan İlham Əliyevin yürütdüyü siyasət çox uğurludur. Azərbaycan ordusunun bu tarixi qələbəsi hər birimiz üçün böyük bir qərardır. Məktəb dövründə hər zaman torpaqlarımızın 20 faizinin işğal altında olduğundan danışırdıq. Ölkə başçısı İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmiz gündən-günə çiçəklənir, ordumuz inkişaf edir. İlham Əliyevin yürütdüyü bu siyasət həm şəhid ailələrinin, həm də qazilərin məişət həyatının yaxşılaşdırılması istiqamətində uğurla davam etdirilir. Cənab Prezidentin xüsusi göstərişi ilə 44 günlük Vətən müharibəsində yaralanmış qazilərin və şəhid ailələrinin sosial rifahının yaxşılaşdırılması üçün dövlət müəsisələrinə xüsusi göstərişlər vermişdir. Qazilərimiz müalicə üçün xarici ölkələrə göndərilir. Müasir protezlərlə təmin olunurlar”.
Müharibə veteranı Rəsul Abbasov: “Oktyabrın 10-da könüllü olaraq müharibəyə qatıldım və bacardığım qədər vətənimi qorumağa çalışdım. Cəbrayıl, Qubadlı, Laçın istiqamətlərində gedən döyüşlərdə iştirak etmişəm. “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medallarla təltif olunmuşam. Hazırda prezident təqaüdü alıram. Var olsun dövlətimiz! Dövlətimiz və ölkə başçımız hər zaman şəhid ailələrinə və qazilərə diqqət, qayğı göstərib”.

Digər xəbərlər