PDF Oxu

Əsas

  • 1 418

Ermənistan ortalıqda qalıb- Rusiyadan, yoxsa Avropadan dəstək gözləməli olduğunu bilmir - ŞƏRH

image

Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə geosiyasi qalmaqalın episentrində olub. Onun Moskvadakı Qələbə Paradında iştirakı İrəvanın xarici siyasət kursunun dəyişməsi barədə danışmağa səbəb oldu. İrəvanda və bəzi Qərb paytaxtlarında indi bunu müzakirə edirlər: bu səfər nə demək idi? Paşinyan Avrointeqrasiya kursunu kəsərək Moskvanın xeyrinə son seçim etdi, yoxsa bu, “həm bizim, həm də sizin” üslubunda növbəti “favorit” manevrdir?

Xatırladaq ki, Brüssel Qızıl Meydandakı paradda iştirakla bağlı Aİ-yə üzv olmaq istəyən bütün ölkələrə əvvəlcədən aydın xəbərdarlıq göndərmişdi: “Nəticələr ən ciddi ola bilər”.

Xüsusilə, Aİ-nin diplomatiya rəhbəri Kaja Kallas açıq şəkildə belə ölkələrin hökumətlərinə Rusiyanın hərbi simvolları ilə bağlı tədbirlərdə nümayişkaranə şəkildə iştirak etməmək barədə xəbərdarlıq edib.

Buna cavab olaraq Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib ki, 9 May “həm də bizim qələbəmizdir”. Bu açıqlama İrəvanın Moskvanın çəkici ilə Brüsselin dəmirçi zindanı arasında siyasi seçimini faktiki olaraq qeydə aldı. Bəs bu, Ermənistanın xarici siyasət strategiyasının tam təslim olması deməkdirmi? Nikol Vovayeviç yenidən melodiyasını dəyişib, yoxsa Moskvaya səfəri Ermənistanın Avropaya inteqrasiya ambisiyalarını ləğv etməyən müvəqqəti jestdir? Bu cür davranışa görə İrəvan Aİ tərəfindən hansı təhlükə ilə üzləşir? Rusiya və Belarusdan olan ekspertlər bu haqda fikirlərini “Caliber” analitik mərkəzinə bildiriblər. Şərhləri oxucularımıza təqdim edirik.

Belaruslu politoloq, siyasi elmlər namizədi və iqtisadçı Sergey Tomits hesab edir ki, Paşinyanın səfəri təsadüfi deyil, Moskvanın geosiyasi çətiri altında qayıtmaq üçün diqqətlə hesablanmış qərardır.

"Paşinyan dəqiq bilirdi ki, Brüssel mayın 9-da Moskvada qeyd olunmasının mahiyyətini yaxşı anlayaraq onun Moskva turunu bəyənməyəcək. Fakt budur ki, İrəvan indi həqiqətən də Aİ ilə ciddi problemlər yaşamağa başlaya bilər. Lakin bunlar iqtisadi deyil, siyasi xarakter daşıyır.

Moskvaya gələn siyasətçilərin siyahısına baxsaq, bunlar məhz Aİ ilə münasibətlərdə itirəcək heç nəyi olmayanlardır. Yaxud əvəzini rahatlıqla ödəyə bilənlər. Məsələn, Çinin lideri- heç kim onu ​​Moskvaya səfərinə görə açıq şəkildə qınamayacaq və məsələn, bu, Pekin ilə Aİ arasında əməkdaşlığın dinamikasına heç bir şəkildə təsir etməyəcək.

Sadəcə olaraq, Çin AB-nin buna necə baxdığına heç əhəmiyyət vermir. Çin özünü hər şeylə təmin edir və Aİ-nin qara siyahısına düşməkdən qətiyyən qorxmur. Və sadəcə ona görə ki, belə əməkdaşlıq Çinin yox, daha çox Aİ-nin maraqlarına cavab verir.

Amma Paşinyan Moskvaya gələn nə birinci, nə də ikinci kateqoriyalı qonaqlara aid deyil. O, tamamilə asılıdır və əziyyət çəkə bilər.

Buradan belə nəticəyə gəlmək olar ki, Paşinyan ümumilikdə götürdüyü riski anlayıb və bunu bir daha Kremlə tərəf əyilmək qərarına gəlib. O, həm də hərəkətlərinin nəticələrini, İrəvanda və Aİ-də onu nələrin gözlədiyini anlayır. Onu orda da, burda da söyürlər: Avropaya inteqrasiyanın erməni tərəfdarları da, eləcə də avropalı siyasətçilər də.

İndi Avropa İttifaqına yaxınlaşmaq üçün istənilən cəhddə Paşinyanla Avropada çox sərt danışılacaq, Ermənistan baş nazirinin “Rusiyanı dəstəkləməyə” getdiyini qeyd edəcəklər. Bu, məhz avropalıların ruhundadır- onlar Paşinyana bu cür manevrləri bağışlamayacaqlar.

Beləliklə, Paşinyan indi Moskvanın bir çox təklifləri ilə razılaşmalı və ağzını yummalı olacaq– başqa variant yoxdur”,- deyə S.Tomits yekunlaşdırıb.

Rusiyalı politoloq və publisist Kirill Sitnikovun fikrincə, Paşinyanın səfəri yeni bir tabeçilik dövrünə damğasını vurdu: indi Yerevan getdikcə daha tez-tez Moskvaya baxmalı olacaq.

"Ermənistan indi Rusiya ilə ticarət əlaqələrində çox maraqlıdır və bu prioritetini itirmək istəmir. O vəziyyətdən müvafiq nəticə çıxardı. Avropa isə əlindən gələni etdi: Ermənistanı silahlandırdı, ambisiyaları ilə qızışdırdı, hər cür şeylər vəd etdi - amma hamısı budur.

Ermənistanla əməkdaşlıqda müəyyən məhdudiyyətlər var ki, Aİ bunlardan kənara çıxa bilməz. İndi isə daha istəmir. Sadəcə olaraq ona görə ki, İrəvan üçün Avropada resursların və imkanların axını başa çatır– bir çox ekspertlər belə bir mərhələnin qaçılmaz olduğunu bildiriblər. Rusiya siyasətçiləri isə açıq şəkildə İrəvana xəbərdarlıq ediblər ki, Ermənistanın geosiyasi mövqeyi ermənilərə Aİ ilə yaxınlaşmaq şansı vermir– bütün bu oyunlar sadəcə olaraq Moskvanı qıcıqlandırmaq üçün lazım olan müvəqqəti eyhamlardır.

Aİ-də heç kim Ermənistanla ciddi maraqlanmır. Bu, İrəvanın əsas səhv hesablamasıdır, çünki onlar bunun əksini düşünürdülər. Ermənistanın siyasi çəkisi o qədər ciddi və vacib deyil ki, onun nazı ilə oynayasan. Çox böyük və axmaq bir yanlış fikirdir- deyə K. Sitnikov yekunlaşdırıb.

Tərcümə - Elçin Bayramlı

Digər xəbərlər