PDF Oxu

Əsas

  • 996

Gürcüstan medaisı: "Azərbaycan qələbəsinin 5-ci ilini qeyd etdi"

image

Gürcüstanın "LİDER MEDİA ” adlı təşkilatına daxil olan 24News.ge xəbər saytı da parad barədə məqalə yayımlayıb. 4 dildə Gürcüstanda fəaliyyət göstərən sayt paradın gedişini əks etdirən bir neçə məqalə dərc edib.

"Azərbaycan, Türkiyə və Pakistan liderlərinin iştirakı ilə Bakıda hərbi parad keçirilib" başlıqlı məqalədə bildirilir ki, Bakının Azadlıq meydanında noyabrın 8-də Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi parad baş tutub.: "Paradda Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif iştirak ediblər. Azərbaycanın, Türkiyənin və Pakistanın Dövlət himnləri səsləndirilib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə raport verib. Daha sonra Azərbaycan, Türkiyə və Pakistan liderləri çıxışlar ediblər. Hərbi texnikaların keçidi ilə davam edən paradda Hərbi Dəniz Qüvvələrinin və Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin döyüş gəmiləri və katerləri Xəzər dənizinin sahil sularında yüksək döyüş hazırlığı nümayiş etdirib. Bundan sonra Azadlıq meydanı üzərində Azərbaycan və Türkiyə pilotlarının iştirakı ilə Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələrinin və helikopterlərin uçuşu olub."

Məqalənin linki:

https://24news.ge/read/id/100807

Lalə Mehralı

Digər xəbərlər