Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində süni intellektin iqtisadiyyat və biznesə təsiri müzakirə edilib.
Paneldə süni intellektin biznes proseslərinin transformasiyasında rolu, yeni texnologiyaların iqtisadi inkişaf üçün yaratdığı imkanlar və bu sahədə qarşıda duran çağırışlar barədə fikir mübadiləsi aparılıb.
Müzakirələr zamanı rəqəmsal texnologiyaların tətbiqinin genişləndirilməsi, innovasiyaların təşviqi və süni intellektdən iqtisadi səmərəliliyin artırılması məqsədilə istifadə imkanları diqqət mərkəzində olub.
Qeyd edək ki, Prezident İlham Əliyevin himayəsi altında keçirilən forum İqtisadiyyat Nazirliyi və AZPROMO-nun təşkilatçılığı, “The European House - Ambrosetti”nin strateji tərəfdaşlığı ilə keçirilir.
Lalə Mehralı