PDF Oxu

Əsas

  • 1 017

Euronews rəhbəri: "Azərbaycanın inkişafı üçün fundamental əsaslar mövcuddur"

image

“Euronews”un İdarə Heyətinin sədri Pedro Varqas David Azərbaycanın davamlı inkişafı üçün möhkəm təməlin olduğunu bildirdi.

O, II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı ölkədə aparılan islahatları və inkişaf üçün mövcud fundamental imkanları vurğuladı. Varqas David Azərbaycanın qlobal proseslərdən asılı olmayaraq inkişafını davam etdirə biləcək ölkə və regionlardan biri olduğuna inandığını dedi.

“Euronews” rəhbəri Azərbaycanın sülhə və gələcəyə yönəlmiş siyasətini də qeyd edərək, bu istiqamətdə siyasi iradə və liderliyin nümayiş etdirildiyini bildirib. O, Azərbaycanın gələcək perspektivlərini nikbin qiymətləndirdiyini vurğuladı.

Lalə Mehralı

Digər xəbərlər