Bəlkə də Trampın ən mühüm yeni xarici siyasət qərarlarından biri ABŞ-ın xarici ölkələrə yardımını 90 gün müddətinə dayandırmaq barədə imzaladığı sərəncamdır. Bu, proqramların effektivliyini və ABŞ-ın xarici siyasətinə uyğunluğunu qiymətləndirmək üçün edilir.
Prezident Trampın bütün yenilikləri Ermənistana necə təsir edəcək? Bu sualı İrəvanın “Verelq” nəşri verib. Buradan belə nəticəyə gəlmək olar ki, artıq tam aydındır ki, Ermənistan və bütövlükdə Cənubi Qafqaz regionu Tramp administrasiyasının prioritetləri sırasında deyil. O, açıq şəkildə bildirdi ki, onun üçün Amerikadan uzaq ölkələri dəstəkləmək yox, ABŞ-ın milli maraqları birinci yerdədir. Və 90 günlük fasilədən sonra Ermənistanla bağlı hansı qərarların veriləcəyi məlum olmasa da, tendensiyalar göz qabağındadır. Ermənistan hakimiyyəti baş verə biləcək risklərə əhəmiyyət vermədən, hakimiyyətdən gedən ABŞ administrasiyasının qucağına tələsdi, onların arxasındakı bütün körpüləri praktiki olaraq yandırdı. Ancaq yeni prezident gəldi və Demokratlar tərəfindən qurulan bütün dəyərlər sistemini sıfırladı. İndi Ermənistan rəhbərliyi respublikaçılarla münasibətləri bərpa etməli olacaq. Əsas sual ondan ibarətdir ki, Trampın kimin onlardan üz döndərdiyini və kimin onları dəstəklədiyini yaxşı xatırlayan komandası bunu istəyəcəkmi?
Ən maraqlısı odur ki, bu vəziyyət yenidən təkrarlana bilər, yalnız tərs qaydada, 4 ildən sonra ABŞ-ın yeni prezidenti, ola bilsin ki, Trampın yaratdığı sistemi sındırmağa başlayacaq- demokratlar seçilsə.
Bu baxımdan tamamilə təbii sual yaranır: Ermənistan Baydenin dövründə Vaşinqtonun özünə qarşı müsbət münasibətini Tramp dövründə də qoruyub saxlaya biləcəkmi? Bu barədə tanınmış ekspertlər Caliber.Az-a öz baxışlarını bildiriblər. Ekspertlərin şərhlərini oxucularımıza təqdim edirik.
İrlandiyalı politoloq və tarixçi Patrik Uolş qeyd edir ki, Ermənistan və Cənubi Qafqaz, şübhəsiz ki, prezident Trampın prioritetləri sırasında deyil.
“Onun İsrail və HƏMAS arasında başlatdığı atəşkəs razılaşmasına nəzarətdə ciddi problemləri var. Daha ciddi problem Ukraynada müharibəyə son qoymaqdır. Bayden administrasiyası burada böyük bir qarışıqlıq buraxdı və ABŞ üçün bunun mənbfi nəticələrini minimuma endirməklə yanaşı, Ukraynanın məğlubiyyətini idarə etmək də Trampın boynunda qaldı"- ekspert deyir.
Onun fikrincə, Ermənistanın Qərbə üz tutması Vaşinqton və Avropanın minnətdarlığı şəklində öz bəhrəsini verməli idi.
“Lakin Tramp administrasiyası çətin ki, İrəvan üçün faydalı cavab versin, çünki o, mənəvi təbliğatla deyil, iqtidarın reallıqları ilə maraqlanır.
ABŞ-ın siyasi xarakterində tam dəyişikliyin olduğu görünsə də, bu, aldadıcı ola bilər və Qərb mənzərəsində dörd illik prezidentlik müddətindən daha uzunmüddətli dəyişikliklərin olması ehtimalı var. Bayden administrasiyası Trampa həll ediləsi bir çox siyasi və iqtisadi problem miras buraxıb. Tramp bundan istifadə etdi və İlon Mask kimi böyük texnologiya xadimləri ilə inqilaba və ya əks-inqilaba rəhbərlik edir. Dediyim odur ki, Tramp uğursuzluğa düçar olmasa, amerikalı demokratlar dəyişən siyasi mənzərəyə uyğunlaşacaq və Birləşmiş Ştatlar həm daxili, həm də xarici siyasətdə yeni kursa keçəcək”,– tarixçi hesab edir.
Onun fikrincə, Ermənistanın əvvəlki əlverişli mövqeyini qoruyub saxlaması çətin olacaq, çünki Trampın İrəvandan və Qərbin təbliğat ritorikası ilə rəğbət qazanmaq cəhdlərindən çox az faydası var ki, bu da səmimi deyil.
“O, hökuməti kommersiya müəssisəsi kimi idarə edən, Amerika xalqı üçün maliyyə faydaları ilə gəlirli sövdələşmələr edən sərt fikirli iş adamıdır. Ermənistan ona dilənçi qabından başqa nə təklif edə bilər? Geosiyasi və iqtisadi baxımından Vaşinqtona daha çox fayda təklif edə biləcək Azərbaycanla münasibətlərin bərpası ehtimalı daha yüksəkdir. Trampın addımları çox güman ki, İrəvan üçün pis xəbər olacaq, xüsusən də Ukraynada nizamlanmaya nail olsa, bu, erməniləri dilənçiliklə, üzr istəmələri və başqa bir nağıl dəyişikliyi ilə Moskvaya qaytaracaq”,- Uolş bildirib.
Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov isə Ermənistanın Amerika Birləşmiş Ştatları üçün o qədər də əhəmiyyətli ölkə olmadığını bildirib.
“Düşünürəm ki, həm Konqresdə, həm Dövlət Departamentində, həm də Trampın çevrəsində erməni lobbiçiləri Ermənistana verilməli olan yardım həcminin saxlanmasını təmin etmək üçün lobbiçilik edəcəklər. Bu vəsait isə, ümumiyyətlə, mənim başa düşdüyüm qədər, ildə 100 milyon dollar belə təşkil etmir. Müqayisə üçün qeyd edək ki, on milyardlarla dollar Ukraynaya, 3-4 milyard İsrailə, bir-iki milyard Misirə gedir. Demək istədiyim odur ki, Amerikadan çox böyük məbləğdə yardım alan ölkələr var. “Bu mənada Ermənistan o qədər də nəzərə çarpan mövqe tutmur”,- ekspert qeyd edir.
İnteqrasiya məsələlərinə gəlincə, ekspertin fikrincə, Paşinyanın təmsil olunduğu Ermənistan xizəklərini daha çox Avropa İttifaqına doğru itiləyib.
“Lakin orada ciddi problemlər var, o cümlədən Ermənistanın bütün institusional əlaqələri hələlik Rusiyaya bağlıdır. KTMT-də iştirak dondurulsa da, Ermənistan hələ də blokdan çıxmır. Rusiya bazaları, sərhədçiləri oradadır, ölkənin strateji sərvətləri hamısı Rusiyaya verilib. Rusiya və Ermənistan sanksiyaların qarşısını almaq üçün sıx əməkdaşlıq edir. Daha bir üstünlük Ermənistanın üzvü olduğu Aİİ-dir. Deməli, Ermənistanın Avropa istiqaməti ilə bağlı kifayət qədər problemləri var. Xüsusən də nəzərə alsaq ki, Avropa İttifaqı ilə sərhədi yoxdur, nəzərə alsaq ki, Avropa İttifaqı bu gün Gürcüstana sanksiya tətbiq edir, əlaqələri məhdudlaşdırır və Ermənistan hələ də Türkiyə ilə də diplomatik əlaqələr qura bilməyib, sərhədlərini aça bilməyib.
Mən hələ də düşünürəm ki, Ermənistan ABŞ-ın maliyyə yardımını saxlamağa nail olsa belə, İrəvan çətin ki, Trampın və onun administrasiyasının diqqətini Bayden administrasiyası dövründə bacardığı dərəcədə cəlb edə bilsin. Çünki ABŞ üçün onların siyasətini Cənubi Qafqaz kontekstində götürsək, təbii ki, prioritet dövlət Azərbaycandır. Strateji tərəfdaş olaraq İsrailin enerji təhlükəsizliyini təmin edən bir ölkə kimi. Bizim, tutaq ki, Avropadakı əsas tərəfdaşlarımız Macarıstan və İtaliyadır və bu iki ölkənin liderləri prezident Donald Trampın gözündə ən yaxın dostdur. Trampın Türkiyə ilə münasibətləri ümumiyyətlə daha yaxşıdır və o, Türkiyə lideri Ərdoğanı yüksək qiymətləndirir. Bütün bunlar Azərbaycanın xeyrinədir. Hətta İranın ABŞ-ın xarici siyasətində mühüm yer tutmasından, Azərbaycanın İranla həmsərhəd olmasından və bu mənada çox mühüm ölkə olmasından danışmıram. Azərbaycansız Mərkəzi Asiyaya heç bir tranzit mümkün deyil. Və burada hər şey son nəticədə Azərbaycana gəlir.
Ona görə də hesab edirəm ki, Azərbaycan xarici siyasət kontekstində şübhəsiz ki, Ermənistandan daha mühüm rol oynayacaq, baxmayaraq ki, Ermənistanın ABŞ-da lobbiçilik imkanları hələ də Azərbaycandan daha yaxşıdır. Amma Azərbaycanın bir dövlət kimi əhəmiyyəti Ermənistanla müqayisə olunmazdır”, - deyə Musabəyov yekunlaşdırır.
Tərcümə - Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb