PDF Oxu

MİA

  • 1 156

Plastiklər qlobal istiləşmə, qlobal istiləşmə isə plastik bolluğu yaradır

image

"Frontiers in Science" jurnalında dərc olunmuş məqalədə plastik çirklənmənin, qlobal temperatura, ektremal hava şəraitinə və Yer sistemindəki iqlim dəyişikliklərinə təsiri barədə yazılıb. Məqalədə bildirilir ki, Yer planeinin plastik materiallarla çirklənməsi və iqlim dəyişikliyi arasındakı əlaqə danılmazdır. Plastiklərin əksəriyyəti neft və qazdan istehsal olunur və istixana qazları onların həyat dövrü ərzində - istehsal, daşınma və utilizasiya - atmosferə yayılır. Qlobal plastik istehsalı 20-ci əsrin ortalarından bəri kəskin şəkildə artdıqca, plastiklərin həyat dövrü emissiyaları da artıb.

Plastiklərin ətraf mühitə daxil olduqdan sonra iqlim dəyişikliyinin hansı sürətlə baş verdiyini artıq hamı bilir. Qlobal istiləşmə, daha tez-tez baş verən ekstremal hadisələr plastiklərin parçalanma, dağılma və ekosistemlərlə qarşılıqlı reaksiyasının nəticəsidir. Plastiklər iqlim dəyişikliyinə "töhfə" verir və dolayısı ilə iqlim dəyişikliyi də plastikləri daha geniş yayılmış və idarə olunması çətin olan qlobal çirkləndiricilərə çevirir.

Belə ki, daha isti və daha dəyişkən iqlim şəraitində plastiklər daha sürətlə parçalanır və ətraf mühitdə daha geniş yayılır. İstilik, ultrabənövşəyi şüalanma və rütubət onların kimyəvi və fiziki parçalanmasını mikro və nanoplastiklərə sürətləndirir. Daşqınlar, fırtınalar, meşə yanğınları və dəniz səviyyəsinin yüksəlməsindən qaynaqlanan eroziya əvvəllər torpağın dərinliklərinə gedən və orada səssiz yatan plastik tullantıları yenidən hərəkətə gətirə, onları zibilxanalardakı, çay yataqlarındakı və torpaqlardakı müvəqqəti çöküntülərdən şirin su sistemlərinə və sahil zonalarına, eləcə də nanohissəciklərini külək vasitəsi ilə qitələr boyunca atmosferə daşıya bilər.

Dünyanın soyuducuları adlanan buz dağlarında belə rast gəlinən plastik tullantılar qlobal istiləşmə baş verdikcə üzə çıxır, çünki buzlar əriyir və özlərində "dəfn etdikləri" plastikləri səth sularına çıxarır. İstiləşmə nəticəsində yaranan buz itkisi mikroplastikləri okeana geri buraxır. Daha yüksək temperatur şəraiti bu maddələrin qida şəbəkələrinə ötürülməsini artıra bilər və ekoloji və sağlamlıq risklərini artıra bilər.

Kənd təsərrüfatı torpaqlarındakı mikroplastiklərin istilik və yüksək karbon qazı ilə qarşılıqlı təsir göstərdiyi, məhsuldarlığı azalda biləcəyi, torpağın mikrob balansını poza biləcəyi bildirilir. Şirin su sistemlərində su birələri kimi zooplanktonlar həm isti suya, həm də mikroplastiklərə məruz qaldıqda sağ qalma və ya çoxalma azalır. Bu orqanizmlər qida şəbəkəsinin əsasını təşkil edir, buna görə də onlara dəyən hər hansı bir zərər daha böyük it. Balıqlar üçün yüksək tempkilərə səbəb olur.

Su hissəciklərini səmərəli şəkildə cəmləşdirən midiyalar kimi orqanizmlər, aşağı oksigenli və ya turşulu dəniz suyunda mikroplastiklərə məruz qaldıqda həzm və immun problemləri ilə qarşılaşa bilərlər. Hətta okeanın bir qədər istiləşməsi belə mikroplastik qəbul nisbətlərini, balıqlara zərərli təsirlərini artıra bilər.

Əgər iqlim şəraiti plastiklərin yayılmasına və ekosistemə zərər verməsinə təsir göstərirsə, o zaman yalnız təmizlənməyə və ya ömrünün sonuna qədər idarə olunmağa yönəlmiş strategiyaların daha ciddi versiyalarına ehtiyac var. Planet sərhədləri, biomüxtəlifliyin itirilməsi, qida təhlükəsizliyi və insan sağlamlığı ilə bağlı qlobal təşəbbüslər üçün bu perspektiv getdikcə daha aktuallaşır.

Ətraf mühitə daxil olan plastik miqdarının azaldılması - lazımsız birdəfəlik istifadə üçün plastiklərin istehsalını dayandırmaqla, məhsulları təkrar istifadə üçün yenidən dizayn etməklə və təkrar emal sistemlərini bütün ölkələr üçün təkmilləşdirməklə uzunmüddətli zərəri məhdudlaşdırmaq mümkündür.

Hazırda Avropa İtttifaqına daxil olan 27 ölkə birdəfəlik istifadə üçün nəzərdə tutulmuş plastik məhsulları qadağan edib. Bu ölkələrdə kağız, şüşə, metal və çini kimi davamlı məhsulların istifadəsi təşviq edilir. Mağazalar plastik torba yerinə kağız qablaşdırmadan istifadə edir, vətəndaşlar birdəfəlik istifadə üçün nəzərdə tutulmuş plastik məhsullar əvəzinə ekoloji cəhətdən təmiz şüşə, çini, taxta və karton alternativlərinə yönəldilir. Bu ölkələrdə xidmət sektorunda plastik qida qablarına alternativ olaraq kağız qablar, plastik stəkanlar əvəzinə kağız stəkanlar istifadə edilir.

Əsas məqsəd Sıfır Tullantılar çərçivəsində birdəfəlik məhsullar əvəzinə çoxməqsədli istifadəyə yararlı məhsulların geniş istifadəsini təmin etməkdir. Beləliklə, vətəndaşlar birdəfəlik kağız və taxta məhsullar əvəzinə çoxməqsədli istifadəyə yararlı şüşə, metal və çini kimi davamlı alternativlərdən istifadə etmək vərdişini mənimsəməyə təşviq edilirlər.

Elmi araşdırmalara görə, dünyada istehsal olunan plastiklərin təxminən 40%-i birdəfəlik istifadə üçün nəzərdə tutulmuş plastik məhsullardan ibarətdir. Qlobal miqyasda, birdəfəlik istifadə üçün nəzərdə tutulmuş plastiklərin əhəmiyyətli bir hissəsi tullantıların idarə olunması üzrə qeyri-kafi təcrübələr səbəbindən təbiətə atılır.

Elmi tədqiqatlar göstərir ki, dəniz tullantılarının təxminən 80%-i birdəfəlik istifadə üçün nəzərdə tutulmuş plastik məhsullardan və tərkibində plastik olan balıqçılıq avadanlıqlarından ibarətdir. Hökumətlər əsrlər boyu təbiətdə parçalanan plastik tullantıların təbii həyata vurduğu zərərin qarşısını almaq üçün yeni strategiyalar hazırlayırlar.

Avropa İttifaqı da 2019-cu ildə qəbul edilmiş "Birdəfəlik istifadə üçün nəzərdə tutulmuş plastiklər Direktivi" ilə 27 AB ölkəsində müəyyən birdəfəlik istifadə üçün nəzərdə tutulmuş plastik məhsulların bazara çıxarılmasını qadağan etmək və ya ciddi şəkildə məhdudlaşdırmaq öhdəliyi götürüb.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər