Elçin Bayramlı
əvvəli burada
https://sesqazeti.az/news/mia/1235946.html
Bitkilər ağlagəlməz dərəcədə mükəmməl və mürəkkəb sistemləri hardan alıblar?
Mövcud olan hər şey Tanrıdadır və Yaradansız heç nə ola bilməz və təsəvvür edilə bilməz- Spinoza
Silsiləmizin bundan əvvəlki hissəsində dünyada ilk canlıların, mikrobların, birhüceyrəli varlıqların necə yarandığı haqda ümumi təsəvvürləri nəzərdən keçirdik. Bundan sonra bitkilər və heyvanlar ailəminə baxmağın vaxtıdır. Bu yazıda müxtəlif flora növlərinin necə yaranması haqda əldə olan biliklər əsasında qənaət hasil etməyə çalışacağıq.
Bitkilərin varlığı yer üzündə həyatın mövcudluğu və davam etməsi üçün zəruridir. Bu cümlənin əhəmiyyətini tam dərk etmək üçün bu sualı vermək lazımdır: “İnsan həyatı üçün ən vacib elementlər hansılardır?”. Bu sualın cavabı təbii ki, oksigen, su, qida kimi əsas ehtiyaclar kimi ağla gəlir. Yer üzündə bütün bu əsas maddələrin tarazlığını təmin edən ən mühüm amil bitkilərdir. Bitkilərin varlığı təkcə insanlar üçün deyil, bütün canlılar üçün böyük əhəmiyyət kəsb edən əvəzedilməz faktordur, məsələn, yer üzündəki temperaturun idarə edilməsi, atmosferdəki qazların tarazlığının qorunması və bu kimi başqa tarazlıqlar var ki, onları təmin edənlər də yaşıl bitkilərdir.
Başlayaq ən ibtidaisindən- birhüceyləri bitkilərdən. Yosunlar yalnız mikroskop altında görünən yaşıl, tək hüceyrəli bitkilərdir. Günəş işığına məruz qalan istənilən su səthində yaşayır və asanlıqla çoxalırlar. Yosunlar sadə görünmələrinə baxmayaraq, alimlərin hətta xüsusi şəraitdə də təkrarlaya bilmədikləri möhtəşəm bir funksiyaya malikdir- Fotosintez prosesinə.
Fotosintez Günəşdən gələn işıq enerjisinin qlikoza və oksigenə çevrilməsi prosesidir. Bu unikal enerji istehsalı son dərəcə mürəkkəbdir. Yalnız bitkilərdə və yosunlarda molekulyar səviyyədə olur. Fotosintez yosun hüceyrəsinin "Xloroplast" adlı enerji istehsal mərkəzində baş verir. Bu kiçik təkhüceyrəli orqanizmlər öz bədənlərində yaradılmış bu mikroskopik elektrik stansiyası ilə ekoloji sistemin ən mühüm ehtiyaclarını qarşılayırlar: "oksigen" və "qida". Yosunlar fotosintez yolu ilə öz enerji ehtiyaclarını ödəməklə yanaşı, yer üzündəki oksigenin də 70%-ni təmin edirlər. Həm də topladıqları qlükoza sayəsində canlı növləri üçün zəngin bir qida qaynağıdırlar. Buna görə də yosunların olduğu sular son dərəcə münbitdir və digər canlıların həyatı üçün əlverişlidir. Buna görə də okean mühitində qida zəncirinin əsasını yosunlar təşkil edir.
Bakteriyaların şüurlu və hesablanmış vəzifələri var ki, onlarsız həyat mümkün deyildir. Bir kiçik mikromühitdə, məsələn, göl nümunəsində baxaq- Qışda bakteriyalar suyun dibinə çökən üzvi tullantıları (ölü heyvanlar və bitki qalıqları) parçalayaraq minerallara çevirir. Bu hadisə gölün təmiz qalmasını təmin edir. Eyni zamanda, dibində müxtəlif minerallar və xüsusilə fosfor, azot və silikon kimi ionlar toplanır. Soyuyan səth sularının daha dərinə getməsi nəticəsində əmələ gələn cərəyanlar mineralların suya paylanmasına imkan verir. Belə ki, canlılar yazda yuxudan oyananda göldəki mineralları qidalanmağa hazır vəziyyətdə tapırlar.
Əksər orqanizmlər ətraf mühitdəki dəyişikliklərə reaksiya verirlər. Bakteriyalar qidanın daha çox olduğu yerə doğru üzür, bitkilər yarpaqlarını günəşə doğru əyirlər, heyvanlar ümumiyyətlə yemə tərəf və yırtıcı növlərdən uzaqlaşır. Orqanizmdən asılı olmayaraq, informasiya axını üç mərhələdə baş verir: orqanizm müvafiq stimulu alır, informasiya reseptor bölgəsindən reaksiyanın baş verdiyi bölgəyə ötürülür və reaksiya baş verir. Birhüceyrəli orqanizmlərdə bu funksiyaların üçü də eyni hüceyrədə yerinə yetirilir; Bununla belə, çoxhüceyrəli orqanizmlərin bu funksiyaların hər biri üçün ixtisaslaşmış toxumaları var.
Bununla belə, bitkilərdə müvafiq stimulların böyüklüyü və mümkün cavabları başa düşmək asan deyil və asanlıqla müşahidə olunmur. Bitkilər bir çox kimyəvi stimullara, toxunma və işığa cavab versə də, onlar məlum olduğu kimi görməz, eşitməz, qoxu və dad almaz. Bitkilərin bu stimullara reaksiyaları ümumiyyətlə böyümədəki dəyişikliklərdən ibarətdir.
Məlum olduğu kimi, yer üzündə həyatın əsas enerji mənbəyi Günəşdir. Ancaq insanlar və heyvanlar günəş enerjisindən birbaşa istifadə edə bilmirlər, çünki bədənlərində bu enerjini olduğu kimi istifadə edəcək sistemlər yoxdur. Buna görə də günəş enerjisi insanlara və heyvanlara istifadə edilə bilən enerji kimi yalnız bitkilərin istehsal etdiyi qidalar vasitəsilə çatır. Hüceyrələrimizin istifadə etdiyi bütün enerji xammalı əslində bitkilər vasitəsilə bizə daşınan günəş enerjisidir. Məsələn, biz nəsə yeyəndə və içəndə müəyyən qədər günəş enerjisi alırıq. Əzələlərimizdəki güc əslində günəş enerjisinin fərqli bir formasından başqa bir şey deyil. Bitkilər bizim üçün mürəkkəb proseslər həyata keçirərək günəş enerjisini bədənlərindəki molekullarda toplayırlar. Heyvanların vəziyyəti insanlardan fərqlənmir. Onlar həmçinin bitkilərlə qidalanır və topladıqları günəş enerjisini istifadə edirlər.
Bitkiləri öz qidalarını istehsal edə bilən digər canlılardan fərqləndirən, hüceyrələrində insan və heyvan hüceyrələrindən fərqli olaraq birbaşa günəş enerjisindən istifadə edə bilən strukturların olmasıdır. Bitki hüceyrələri bu strukturların köməyi ilə günəşdən gələn enerjini qida vasitəsi ilə insan və heyvanlar tərəfindən qəbul ediləcək enerjiyə çevirir və formulası strukturlarında gizli olan çox xüsusi proseslərlə bu enerjini qidada saxlayırlar. Bütün bu xüsusi proseslərə birlikdə fotosintez deyilir.
Bitki hüceyrəsinin içərisində çoxlu müxtəlif hissələr var. Hər bir hissə müxtəlif kimyəvi maddələrdən ibarətdir və hər biri fərqli bir işi yerinə yetirmək üçün xüsusi olaraq hazırlanmışdır. Bitki hüceyrəsinin ən əhəmiyyətli xüsusiyyəti, şübhəsiz ki, digər canlı hüceyrələrdən fərqli olaraq, öz qidasını istehsal etmə qabiliyyətidir.
Bitkilərin fotosintez etməsi üçün lazım olan mexanizm onların yarpaqlarında olur. Su kimi lazımlı mineralları və maddələri daşımaq üçün çox xüsusi bir quruluşa sahib olan nəqliyyat sistemi bitkinin bədənində və köklərində də mövcuddur. Reproduktiv sistem də hər bir bitki növü üçün xüsusi olaraq yaradılmışdır.
Bu mexanizmlərin hər birinin özünəməxsus mürəkkəb strukturları var. Və bu mexanizmlər bir-birindən asılı olaraq işləyir. Biri olmasa, digərləri öz funksiyalarını yerinə yetirə bilməzlər. Nəqliyyat strukturu olmayan bitkinin fotosintez etməsi qeyri-mümkündür. Çünki onların fotosintez üçün lazım olan suyu daşımaq üçün kanalları yoxdur. Bitki qida istehsal etməyi bacarsa belə, gövdənin digər hissələrinə daşıya bilməyəcəyi və bir müddət sonra öləcəyi üçün heç bir faydası olmayacaq.
Bu nümunədə olduğu kimi, bir bitkidəki bütün sistemlərin qüsursuz işləməsi vacibdir. Mövcud strukturdakı hər hansı bir pozulma və ya çatışmazlıq bitkinin öz funksiyalarını yerinə yetirə bilməməsinə səbəb olacaq, bu da bitkinin ölümü və növlərinin nəsli kəsilməsi ilə nəticələnəcək.
Yer üzündəki bitkilərin müxtəlifliyi nəzərə alındıqda, bitkilərdəki bu fövqəladə quruluşlar daha da diqqəti cəlb edir. Yer üzündə elmə 500.000-dən çox bitki növü məlumdur. Hamısı eyni mükəmməl sistemlərə sahib olsalar da, reproduktiv sistemlər, müdafiə mexanizmləri, rəng və naxış baxımından bənzərsiz müxtəliflik var. Bu müxtəliflikdə dəyişməyən yeganə şey onlarda qurulan ümumi nizamın işləməsi üçün bütün hissələrinin (yarpaq və yarpaq quruluşu, kök, daşıma sistemləri, qabıq, gövdə) və bir çox digər mexanizmlərin eyni vaxtda və tam şəkildə mövcud olmasıdır.
Alimlər bu cür sistemlər üçün “azalmaz mürəkkəblik” terminindən istifadə edirlər. Bir mühərrikin çarxlarından hər hansı biri əskik olarsa və ya sistem hissələrindən biri öz vəzifəsini yerinə yetirməzsə bu onun ölümünə səbəb olacaqdır.
Eyni vaxtda mövcud olması lazım olan kompleks quruluşlar və bu inanılmaz müxtəliflik “bitkilərdəki bu mükəmməl sistemlər necə yaranıb?” sualını ağlımıza gətirir.
Yarpaqdakı xlorofildə tutulan günəş enerjisi müxtəlif proseslərlə havadakı karbon dioksidi və bitkidəki suyun qlükoza (qida maddəsi) və oksigenə çevrilməsinə sərf olunur. Bu mürəkkəb proseslərin aparıldığı yer böyük bir fabrik deyil, ölçüləri millimetrin mində biri ilə ifadə olunan xüsusi strukturlardır.
Bitkilərdəki ən mühüm və məşhur mexanizm olan fotosintez prosesinin və bu prosesin davamını təmin edən nəqliyyat sistemlərinin necə meydana gəldiyini nəzərdən keçirək.
Hər yerdə gördüyümüz ağaclar və çiçəklər öz içlərində qida istehsal etmək üçün fotosintezi həyata keçirə biləcək qədər mükəmməl sistemlər yarada bilərmi? Bitkilər qida istehsalında istifadə etmək üçün havadakı qazlar arasından karbon qazını (CO2) seçiblərmi? Onlar istifadə edəcəkləri CO2 miqdarını müəyyənləşdirirlərmi? Bitkilər fotosintez üçün lazım olan maddələri torpaqdan əldə etmək üçün lazım olan kök sistemini yaradan mexanizmi dizayn edə bilərdilərmi? Bitkilər qida və suyun daşınması üçün ayrıca boruları olan nəqliyyat sistemi yarada bilərmi?
Ritorik suallardır. Bitkilərlə bağlı yuxarıda sadaladığımız bütün xüsusiyyətlər ağıl, bilik, ölçmə və qiymətləndirmə kimi anlayışlar tələb etdiyi üçün bunların heç birini özləri edə bilməzlər. Üstəlik, bitkilərdə belə bir yük şüur yoxdur.
Bitki çox çətin şəraitdə yaşayır. Bitkinin ən böyük düşmənlərindən biri də mikroorqanizmlərdir. Mikroorqanizmlər insanları xəstələndirdikləri kimi, bitkiləri də xəstələndirirlər. Ancaq bitkilər bu xəstəliklərdən qorunmaq üçün dahiyanə bir həll tətbiq edirlər.
Ağaclar özlərini əhatə etmək üçün qabıq istehsal edirlər. Bu qabıqlar çox qalın bir quruluşa malikdir və bakteriyaların içəriyə nüfuz etməsinə mane olur.
Bəzi ağacların ətrafından sızan yapışqan maye görəcəksiniz. Xalq arasında "Şam saqqızı" kimi tanınan "Qətran" mayesi bitki tərəfindən biokimyəvi yolla çıxarılan əla dərmandır. Əgər yara vəhşi heyvanlar və ya insanlar tərəfindən törədilibsə, ağac dərhal bu mayeni ifraz etməyə başlayır.
Bu mayenin ən əhəmiyyətli xüsusiyyəti mikrob qıran xüsusiyyətidir. Yəni bu mayeyə yaxınlaşan bakteriya onunla təmasda olduqda ölür. Bundan əlavə, qatranı xatırladan başqa bir dərman da, qış gələndə boruları tıxac kimi bağlayaraq suyun axmasına mane olur.
Göründüyü kimi, bitkilərin təkcə özünü zəruri elementlərlə təmin etməsi yox, həm də güclü təhlükəsizlik sistemləri mövcuddur. Lkin, bitkilər şüurlu olmadığından bunu özləri təmin edə bilməzlər. Bu prorqam onların yaradılışında planlı və şüurlu şəkildə formaslaşdırılmış sistemlərə uyğun işləyir.
Son dövrlərdə elmi təsdiqlənmiş faktlara görə, həyat, ilk canlılar suda yaranıb. Bu məqam minillərlə əvvəl dinlərdə qeyd olunub. Məsələn, Qurandan bir neçə sitat vermək kifayətdir;
Biz göydən su endirdik və orada hər növ bitki yetişdirdik (Loğman surəsi, 10).
...Onunla (o su ilə) ürəkaçan bağlar yetişdirdik, lakin onun bir ağacını belə yetişdirmək sənə mümkün deyil... (Nəml surəsi, 60).
Allahın göydən necə su endirdiyini görmədinmi? Beləliklə, onunla müxtəlif rəngli meyvələr yetişdirdik... (Fatir surəsi, 27)
Yaradılış həqiqətləri dinlərdə və müasir elmi biliklərdə elə təkzibedilməz dəlillərlə öz təsdiqini tapır ki, sadəcə sübut olunmuşların sayı belə milyonlarla ölçülür. Biz, əlbəttə ki, kiçik bir yazıda yalnız ən sadə və ən kiçik məqamları verə bilirik.
ardı olacaq