MİA

  • 25 094

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində uğurlu fəaliyyəti

image

2003- cü il oktyabrın 15-də Azərbaycan Prezidenti seçildiyi ilk gündən Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınmasına xüsusi diqqət yetirən İlham Əliyev bu məsələdə yalnız respublikamızın milli və dövlətçilik maraqlarını daim üstün tutduğunu nümayiş etdirmişdir. Azərbaycan Prezidenti bütün xarici səfərlərdə, eləcə də, Bakıda keçirdiyi çoxsaylı görüşlərdə Ermənistanın hərbi təcavüzü məsələsini daim önə çəkərək Azərbaycan xalqının öz torpaqlarının işğalı ilə heç zaman razılaşmayacağını, ehtiyac yarandığı halda hərbi əməliyyatların başlanmasına qərar verəcəyini vurğulamışdır. Bununla yanaşı, dövlət başçısı Azərbaycanın xarici siyasət kursunun mühüm tərkib hissələrindən birinə çevrilən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə nizama salınmasının tərəfdarı olduğunu bildirərək, beynəlxalq təşkilatların bu sahədə səylərini gücləndirməsinin zəruriliyini bəyan etmişdir.

Azərbaycan Respublikasının parlament nümayəndə heyətinin səyi ilə AŞPA-da obyektiv müsbət rəyin formalaşması nəticəsində 2005-ci ilin qış sessiyasında qəbul edilən sənəd ölkəmiz üçün mühüm əhəmiyyətə malikdir. Bu sənədin qəbul edilməsindən əvvəl AŞPA rəhbərliyi qurum çərçivəsində obyektivliyi ilə tanınan və Parlament Assambleyasının Avropa Demokrat Qrupunda Böyük Britaniyanı təmsil edən Devid Atkinsona "ATƏT-in Minsk Qrupu tərəfindən araşdırılan Dağlıq Qarabağ münaqişəsi" mövzusunda məruzə hazırlamağı və müzakirəyə təqdim etməyi tapşırmışdı.

2004- cü il mayın 12-də Avropa Parlamentnin Cənubi Qafqaz üzrə məruzəçisi Pyer Qarton Ermənistanda "Genişlənmiş Avropa - yeni qonşular" proqramı çərçivəsində keçirilən müzakirələrdə "Ermənistan işğal altında saxladığı ərazilərdən öz qoşunlarını tədricən çıxarmalıdır" deməklə, Avropa İttifaqının Cənubi Qafqaz regionunda münaqişənin tezliklə aradan qaldırılmasının tərəfdarı olduğunu bildirdi.

Prezident İlham Əliyev 2004-cü il mayın 19-da Brüsseldə Avropa Siyasi Mərkəzinin təşkilatçılığı ilə "Avropa İttifaqı və Azərbaycan: ərəfdaşlıq üçün yeni üsullar" mövzusunda keçirilən siyasi brifınqdə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün öz qətiyyətli mövqeyini növbəti dəfə bəyan etdi. Dövlət başçısının nitqində son dərəcə mürəkkəb və taleyüklü problemin Azərbaycanın xarici siyasət kursunun mühüm tərkib hissəsinə çevrildiyi bir daha öz təsdiqini tapdı.

Çıxışlarının birində Cənab İlham Əliyev demişdir: "Biz yalnız özümüzə məxsus olan əraziləri istəyirik. Ona görə də mövqeyimiz tam ədalətlidir. Hadisələrin necə cərəyan edəcəyini zaman göstərəcəkdir. Bu münaqişənin həlli üçün güclü beynəlxalq vasitəçilik lazımdır. Əgər iki prezident razılaşa bilərdisə, onda heç Minsk Qrupuna da ehtiyac olmazdı. Bəzən ATƏT-in Minsk Qrupunun üzvləri bizə deyirlər ki, siz gedib razılaşmalısınız və biz də bu razılaşma əsasında işləyərik. Biz razılaşacağıqsa, onda vasitəçiləri neyləyirik? Vasitəçilər münaqişəyə cəlb olunmuş tərəflərə onun həlli yolunu tapmaqda kömək etməlidirlər. Ümidvaram ki, onlar öz fəaliyyətlərini davam etdirəcəklər. Amma eyni zamanda, sizə deyə bilərəm ki, biz hadisələri tələsdirmirik. Azərbaycanın mövqeyi ədalətlidir, vaxt bizə işləyir və beynəlxalq hüquq da bizim tərəfimizdədir. Digər tərəf bunu nə qədər tez başa düşərsə, bu, onlar üçün yaxşı olar."

Fazil Ağamalı "Dövlətçiliyimizin İlham Əliyev mərhələsi" əsərində yazır: "Prezident İlham Əliyev daim birliyin fəal müdafiəçisi olub və bu istiqamətdə ardıcıl təşəbbüslər, konkret addımlarla çıxış edib. Lakin təəssüflər olsun ki, radikal müxalifət dairələri vətəndaş həmrəyliyinə xidmət edən bir çağırışı dərk etmək qabiliyyətində deyil.

Proseslərin təhlili göstərir ki, prezident xalqın mütləq qisminin dəstəyini qazanmaqla böyük gücə söykənərək Dağlıq Qarabağ danışıqlarında uğur qazanmaq üçün milli birliyə nail olmaq, həm də ötən əsrin sonlarından başlayaraq izlənən sosial-iqtisadi yüksəliş üçün daha güclü zəmin yaratmaq istəyindədir.

İlham Əliyevin Prezidentliyi ölkənin beynəlxalq əlaqələri baxımından da keyfiyyətcə daha effektif zamana təsadüf edir. İndi Azərbaycan nə beynəlxalq tanınma həsrətində olan, nə ətrafında formalaşdırılmış antitəbliğat maneəsini aşıb keçməyə çalışan, nə də dünyaya çıxış yolları arayan dövlətdir. Azərbaycan son on ildə ciddi əsaslara malik, balanslaşdırılmış xarici siyasət kursu hesabına, üstəlik, məlum 11 sentyabr hadisələrindən sonra formalaşan yer atmosferli beynəlxaq auranın şərtlərinə uyğun olaraq strateji əhəmiyyətli bölgədə yerləşən. bəzi müstəqil dövlətlərə xas olan "banan respublikası" ənənələrini inkar edən regional güc mərkəzidir. Azərbaycan artıq daxildə dövlətçiliyimizin inkişafı, sosial rifahın təminatı, xarici siysətdə isə milli maraqların ödənilməsi üçün təsirli vasitəyə malikdir."

F.Ağamalı daha sonra göstərir ki, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, demokratik yolla prezident seçilmiş İlham Əliyevin dövlət başçısı olaraq müxalifətçilərin qərəzli davamçılarına, siyasi manipulyasiyalarına, yalan və böhtanlarına, millətə və dövlətə lazım olmayan bu keyfiyyət və əməllərə qəti əhəmiyyət və reaksiya verməməsi də radikal, qərəzli, qeyri-konstruktiv müxalifət partiyalarını Azərbaycan cəmiyyətində tamamilə ifşa və iflas vəziyyətinə, ictimai boykot durumuna saldı, onların cəmiyyət üçün əhəmiyyətsizliyini bir daha təsdiqlədi.

Prezident İlham Əliyevin yalnız ölkənin və millətin gələcək inkişafı, əhalinin durumunun yaxşılaşması və Dağlıq Qarabağ probleminin həlli ilə, ölkənin iqtisadi yüksəlişilə, inkişafı ilə məşğul olmasının, sahibkarlığın inkişfı üçün tədbirlər həyata keçirilməsinin, Azərbaycanın daha da güclü dövlətə çevrilməsi istiqamətində real fəaliyyət göstərməsinin fonunda müxalifət öz pozuculuq antitəbliğat, dezinformasiya fəaliyyəti ilə, öz qərəzli və aldadıcı davranış cəhdləri ilə çox cılız, zavallı, çarəsiz, perspektivsiz, dayanıqsız və dağınıq görünür. Əslində, bu görünüş seçkidən sonrakı müxaliftin əsil real görünüşüdür. Yəni radikal müxalifət ölkədə siyasi, iqtisadi, əsil proseslərin və Prezident İlham Əliyevin dövlətçilik fəaliyyətinin qarşısında necə varsa, elə də görünür. Odur ki, müxalifət liderlərinin özlərini siyasi reabilitasiya cəhdi nə qədər başa düşüləndirsə, bu cəhdin əbəs, əhəmiyyətsiz olduğu və gözlədikləri nəticələri verməyəcəyi də bir həqiqətdir.

Təbii ki, bu reallıq hakimiyyət və ictimai rəyə yaxşı məlumdur. Bu baxımdan təsadüfi deyil ki, hakimiyyət bütün imkanlarını və resurslarını məhz ölkənin problemlərinin həlli istiqamətində səfərbər edib. Məlumdur ki, 1993-cü ildən etibarən görülən köklü islahatlara baxmayaraq, Azərbaycanın hələ də həllini gözləyən bəzi problemləri var və onların çözüm məsuliyyəti məhz İlham Əliyevin hakimiyyətinin üzərinə düşür. Bunlar, qeyd etdiyimiz kimi, ilk növbədə, Dağlıq Qarabağ konflikti və regional təhlükəsizlik amilinin formalaşdırılması, demokratik institutların inkişafı, vətəndaş-cəmiyyət-dövlət, vətəndaş-məmur münasibətlərinin yeni baxışlar sistemi çərçivəsində tənzimlənməsi, intellektual imkanların artırılması, orta təbəqənin, milli sahibkarlığın möhkəmləndirilməsi və s.-dir.

Professor Əhməd Vəliyev "Heydər Əliyev irsi: reallıqlar və fikirlər" məqaləsində yazır: "Heydər Əliyevin işləyib hazırladığı balanslaşdırılmış xarici siyasət, regional təhlükəsizlik və əməkdaşlıq siyasəti bu müddət ərzində İlham Əliyev tərəfindən uğurla davam etdirilib. Azərbaycanın beynəlxalq mövqeyi bir qədər də möhkəmləndirilib, ən başlıcası isə Qarabağ münaqişəsinin həlli istiqamətində dönüş yaranıb. ABŞ, AŞ, Türkiyə, Rusiya və İranla, həmçinin regional qurumlarla əlaqələr; təcavüzkar Ermənistanın cilovlanması və cəzalandırılması, Qarabağ probleminin həlli; Cənubi Qafqazda təhlükəsizlik və sabitlik məsələsi Prezident İlham Əliyevin xüsusi önəm verdiyi məsələlər olub.

Prezident Heydər Əliyev Azərbaycanı bütün regionun liderinə çevirdi. Prezident İlham Əliyev isə Azərbaycanın bu statusunu qoruyub saxlayıb və daha da inkişaf etdirib. Azərbaycanla hesablaşırlar. O cümlədən, Qafqazdakı proseslər məsələsində hesablaşırlar və bu da Heydər Əliyevin son 10 ildə yürütdüyü siyasətin - Azərbaycanın mövqeyini gücləndirmək siyasətinin məhsuludur. Qlobal siyasətdə Azərbaycanın rolu artıb, Azərbaycanın Qərblə əlaqələri möhkəmlənib, Qərbə inteqrasiya sürətlənib, ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, Rusiya, Türkiyə kimi aparıcı dövlətlərlə əlaqələr sıxlaşıb. Qloballaşma şəraitində Azərbaycanın yerini müəyyənləşdirmək; Azərbaycanın BMT, NATO, Avropa Şurası, ATƏT, İKT və digər mötəbər beynəlxalq qurumlarla əlaqələrinin sıxlaşdırılması; beynəlxalq terrorizmlə mübarizənin davamlı olması və s. Prezident İlham Əliyevin fəaliyyətində aparıcı yerdə dayanır. AŞ PA kimi mötəbər təşkilat Azərbaycanın təkidi ilə Ermənistanı işğalçı dövlət kimi tanıyıb.

Azərbaycanda müşahidə edilən hərtərəfli tərəqqini Heydər Əliyev başlayıb, cəmiyyətimizin yeni tipli cəmiyyətə transformasiyanın ilkin zəruri şərtləri məhz Heydər Əliyev tərəfindən son 10 ildə hazırlanıb. Bu işi yeni dövrün - XXI əsrin lideri, Yeni Azərbaycanın yeni Prezidenti, Qərb demokratizminin əsas tələb və postulatlarına, müdrik Şərqin ənənələrinə və dəyərlərinə dərindən bələd olan Avropa təfəkkürlü və Şərq mentalitetli İlham Əliyev yerinə yetirir."

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər