Xəbərlər

  • 2 688

Kəlbəcər Azərbaycanın ayrılmaz bir parçasıdır - ŞƏRH

image

Kəlbəcər həm təbii sərvətlərlə zənginliyinə görə , həm iqliminin gözəlliyinə görə, həm də orada yaşayan insanların fədakarlığına görə respublikada həmişə çox hörmətə, ehtirama layiq olubdur. “Kəlbəcər Azərbaycanın ayrılmaz bir parçasıdır “ – bu sözləri Ulu Öndər Heydər Əliyev Kəlbəcər haqqında danışanda demişdir. “Kəlbəcər” torpağının mənşəyi qədim türk dilində “ çay üstündə qala “ deməkdir. Kevil çayın üstü , car – “ qala “ mənasını verir. Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtərçay çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur.Buna görə də mütəxəsislər toponimi kevil / kəvl və qədim türk dillərindəki cər ( qaya, yarğan) komponentləri ilə əlaqələndirirlər. Kəlbəcərdəki oronomik tayfaların adı bu gün də bu toponimlərdə yaşayır. 1930 – cu il 8 avqust tarixində ümumi sahəsi 3054 kv.km olan Kəlbəcər inzibati rayon statusu alıb. Qərbdə - Ermənistan respublikası ; şimalda - Daşkəsən , Göygöl, Goranboy ; şimal- şərqdə Tərtər; şərqdə - Ağdam, Xocalı ; cənubda - Laçın rayonları isə həmsərhəddir. Kəlbəcər rayonu 1993 – cü il aprelin 2-də işğal olunub. İşğal nəticəsində rayonun 53 min nəfərdən çox əhalisi öz dədə-baba yurdundan didərgin düşüb. İşğal zamanı 511 dinc sakin öldürülüb. 321 adam əsir götürülüb və itkin düşüb Kəlbəcər Azərbaycanın işğal olunmuş rayonları arasında ərazicə ən böyüyüdür. İşğal nəticəsində rayon mərkəzi 150 – yə yaxın kənd,həmçinin onlarca tarixi mədəniyyət abidəsi , bir muzey , “ İstisu “ sanatoriyası və digər mühüm obyektlər erməni quldurları tərəfindən xarabazara çevrilib . Kəlbəcər rayonunun işğalı o vaxt üçün Qarabağ müharibəsində Azərbaycanın ən böyük hərbi – strateji məğlubiyyəti idi. Noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin , Ermənistanın baş nazirinin imzaladığı birgə Bəyanata əsasən Ermənistan silahlı qüvvələrinin birləşmələri Kəlbəcər, Laçın və Ağdam rayonlarının ərazilərini qeyd –şərtsiz tərk etdilər. Kəlbəcər rayonu noyabrın 15-də Azərbaycana qaytarılmalı idi, lakin Ermənistan tərəfinin müraciəti əsasında Rusiya dövlətinin xahişi ilə sonradan Ermənistana Kəlbəcəri təhvil vermək üçün 10 gün əlavə möhlət verildi. Bu gün noyabrın 25-də isə rayon işğaldan azad olundu.

Telman İbadov

YAP Yasamal rayon “A.M.Şərifzadə küç. 762 (Akademik M.Ə.Mirqasımov adına RKX-sı Publik Hüquqi Şəxs) ünvanı üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər