Xəbərlər

  • 2 824

Azad Kəlbəcər - ŞƏRH

image

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşü Qələbə ilə başa çatdı. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını aldı, güclü erməni ordusu” mifini darmadağın etdi. Qısa müddət ərzində Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü bir daha nümayiş etdirdi. Bu Qələbə işğalçı Ermənistanın respublikamıza qarşı heç vaxt hərbi güc nümayiş etdirmək iqtidarında olmayacağını onun özünə və havadarlarına yenidən anlatdı. Bu zəfər onu da göstərdi ki, Azərbaycan regionda siyasi, sosial-iqtisadi sahələrlə yanaşı, hərbdə də liderdir. Məhz buna görə də xalq-iqtidar birliyindən qaynaqlanan Azərbaycanın gücü, qüdrəti Ordumuzun zəfər yürüşünün əsasını təşkil etdi. Harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı tarixi qələbəmizin sevincini yaşayır. Dövlətimizin qətiyyəti, Azərbaycan Ordusunun şücaəti sayəsində işğaldan azad olunan Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərlərinin sırasına 10 noyabrda imzalanmış Bəyanatın nəticəsi olaraq Kəlbəcər şəhəri də daxil edildi.

Noyabrın 20-də möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bu sevinci xalqa çatdırarkən qeyd etdiyi kimi, əgər Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, işğalçı dövlət öz xoşu ilə torpaqlarımızdan çıxmayacaqdı. Gücümüz, texniki təchizatımız, mənəvi ruhumuz qələbəyə aparan əsas amillərdir. Xalqımız bütün bu illər ərzində bir arzu ilə yaşayıb ki, öz dədə-baba torpağına qayıtsın. Bu gün yaşadığımız günlər, anlar hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq. Xalqımızın, ölkəmizin yeni şanlı tarixi yazılır. Bu, Zəfər tarixidir.

Ərazisinə görə Azərbaycanın ən böyük rayonu olan Kəlbəcərin erməni işğalından azad edilməsi Ali Baş Komandanımızın, Azərbaycan xalqının və onun baş tacı olan Milli Ordumuzun nəhəng tarixi zəfəridir. Odlar yurdunun bu qədim məskəninin düşmənlərdən birdəfəlik təmizlənməsi həm ölkəmizin, həm də Kəlbəcərin bundan sonrakı həyatında ən fərəhli anların yaşanmasına səbəb olacaqdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqa müraciətində bildirmişdir ki, Kəlbəcər bizim qədim torpağımızdır, qədim Azərbaycan torpağıdır. Kəlbəcər ərazi baxımından bizim ən böyük rayonlarımızdan biridir. Bu ərazi işğal olunandan dərhal sonra BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul etdi və Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb oldu. Bütün bunlara baxmayaraq işğalçı Ermənistan həmin Qətnaməni icra etmədi, beynəlxalq təşkilatlar isə onun icrasını tələb etmədi. Lakin Şanlı Azərbaycan Ordusu ədaləti bərpa etdi və torpaqlarımızı bizə qaytardı. Təəssüf ki, işğal müddətində Kəlbəcər rayonunun infrastrukturu Ermənistan tərəfindən varvarcasına dağıdılıb və təbii ehtiyatlar qeyri-leqal olaraq mənimsənilib. İşğal nəticəsində Kəlbəcərə ən azı on milyard dollarla ziyan dəyib. Erməni faşistlərinin Kəlbəcərə vurduğu yaralar da qısa müddətdə sağalacaq. Barbarlar tərəfindən yandırılan meşələrimiz əvvəlki görkəminə qaytarılacaq, abidələrimiz təmir, bərpa olunacaq.

Müharibədən qısa zaman keçməyinə baxmayaraq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunmuş Kəlbəcər rayonunda səfərdə olmuşlar və həmin ərazidə Azərbaycanın bayrağını qaldırmışdılar.
Torpaqlarımızın işğaldan azad edilməsi üçün cənab İlham Əliyev müdrik Prezident olaraq düzgün, uzaqgörən daxili və xarici siyasət aparmış, orduya rəhbərlik edən Ali Baş Komandan olaraq yüksək sərkərdəlik qabiliyyəti ilə qətiyyətli qərarlar vermişdir. Məhz cənab Prezidentin yorulmaz fəaliyyəti, onun rəhbərlik etdiyi ordumuzun qəhrəmanlığı sayəsində düşmən məğlub edildi. O, bütün dünyaya sübut etdi ki, məhz erməni kimi, insanlıq xüsusiyyətlərindən uzaq bir düşmən tərəfindən üzün müddət işğal altında qalan torpaqlarımızın azad edilməsinin yeganə yolu müharibədir. 44 günlük bu Vətən müharibəsi və qazanılmış Qələbə Azərbaycan tarixinin ən parlaq səhifələri kimi milli yaddaşımızda əbədi olaraq qalacaqdır. Dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, artıq müharibə arxada qalıb. Quruculuq, bərpa işləri həyata keçirilir, ölkəmizin həyatında yeni dövr başlayır. Ali Baş Komandanımızla hər birimiz qürur duyuruq.Yaşasın Azərbaycan ordusu.Yaşasın Ali Baş Komandanımız.

Yeni Azərbaycan Partiyası Pirallahı rayon
Təşkilatı Aparatının məsul əməkdaşı Məmləkət Qaraçobanova

Digər xəbərlər