“Türkiyə bir neçə gündür çətin anlar yaşayır. Bunun səbəbi də zəlzələ, zəlzələnin böyüklüyü və şiddəti, tək məkanı yox ümumilikdə 10 vilayətə təsir etməsidir”. Bu sözləri SİA-ya açıqlamasında türkiyəli siyasi ekspert Gökan Çınkara deyib.Onun sözlərinə görə, binaların əksəriyyəti ya yararsız hala düşüb, ya da dağılıb: “Bəzi ərazilərə geniş bir yardım təşkil etmək olduqca çətindir. Vəziyyət o qədər gərgindir ki, Türkiyəyə dünyadan yardım gəlir”.Gökan Çınkara sözlərinə belə davam edib: “Hatay və Kahramanmaraş vəziyyətin ən gərgin olduğu ərazilərdir. Adana və Gaziantepdə isə şəhər mərkəzlərində vəziyyət nəzarətdədir. Lakin ətraf ərazilərdə durum çox ağırdır.Qeyd edim ki, 1 həftə içində hərşey daha dəqiq olacaq”.
Ayşən Vəli