Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.ANAMA-dan SİA-ya verilən məlumata görə, fevralın 20-dən 25-dək Tərtər, Ağdam, Füzuli, Xocavənd, Şuşa, Qubadlı, Laçın, Cəbrayıl və Zəngilanda 14 tank əleyhinə mina və 443 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.Qeyd edilib ki, 384 hektar ərazi mina və PHS-lərdən təmizlənib.