Xəbərlər

  • 2 996

Kitaxana işçilərinin seminar-müşavirəsi - CƏLİLABADDA TƏDBİR

image

Cəlilabad rayon Mərkəzi Kitabxanasında kitabxana işçilərinin növbəti seminar-müşavirəsi keçirilib. Seminar-müşavirədə filial müəssisələrində keçirilmiş tədbirlər və qarşıda duran məsələlər müzakirə olunub.

Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Seminar-müşavirəni Masallı Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayonu üzrə nümayəndəsi Elnur Atakişiyev giriş sözü ilə açaraq, gündəlikdə duran məsələləri iştirakçıların diqqətinə çatdirib.

Sonra mərkəzi kitabxananın direktoru vəzifəsini müvəqqəti icra edən Qənimət İsrafilova çıxış edərək mart ayında kitabxanalarda keçirilmiş, həmçinin aprel ayında keçirilməsi nəzrədə tutulan tədbirlər barədə məlumat verib.

Yekunda bir neçə kitabxananın fəaliyyəti ilə bağlı hesabatlar dinlənilib.

ƏLİHÜSEYN ŞÜKÜROV

Digər xəbərlər