Bu gün İngiltərə Premyer Liqasında 31-ci tura yekun vurulub. SİA xəbər verir ki, turun son matçında "Liverpul" səfərdə "Lids"lə qarşılaşıb. Oyun qonaqların 6:1 hesablı qələbəsi ilə başa çatıb.
17 aprel
"Lids" - "Liverpul" - 1:6
Qollar: L.Sinisterra, 47 - K.Qakpo, 35, M.Salah, 39, 64, D.Jota, 52, 74, D.Nunyes, 90
"Liverpul" 47 xalla 8-ci, "Lids" 29 xalla 16-cı pillədə qərarlaşıb. Turnir cədvəlinə 74 xalla "Arsenal" başçılıq edir.