Masallı Regional Mədəniyyət İdarəsi Cəlilabad rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Göytəpə şəhərində yerləşən "N" saylı hərbi hissədə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib.
Tədbirdə çıxış edən Masallı Regional Mədənniyyət İdarəsinin Cəlilabad rayonu üzrə nümayəndəsi Elnur Atakişiyev idarə rəisinin salamlarını hərbi hissənin əsgər və zabit heyətinə çatdırıb.
Tədbir mədəniyyət mərkəzinin solistlərinin ifasında konsert proqramı ilə davam edib.
ƏLİHÜSEYN ŞÜKÜROV