Almaniya Bundesliqasında 33-cü tura yekun vurulub.SİA Qol.az-a istinadən xəbər verir ki, sonuncu oyun günündə 3 görüş keçirilib.“Maynts” “Ştutqart”a, "Auqsburq" isə Dortmund "Borussiya"sına böyük hesabla uduzub. "Bayer" - "Borussiya" Münhenqladbax matçında isə qalib müəyyənləşməyib.Qeyd edək ki, bu qələbə sayəsində xallarının sayını 70-ə çatdıran Dortmund “Borussiya”sı "Bavariya"nı geridə qoyaraq (68 xal) liderliyə yüksəlib. "Bayer" 50 xalla 6-cı, "Maynts" 45 xalla 9-cu, "Borussiya" Münhenqladbax 40 xalla 11-ci, "Auqsburq" 34 xalla 14-cü, "Ştutqart" isə 32 xalla 15-cidir.
Almaniya Bundesliqası, 33-cü tur
21 may
"Maynts" – "Ştutqart" - 1:4
Qollar: İnqvartsen, 23 – Endo, 41, Jirassi, 63, Fuhrix, 78, Kulibali, 90+1.
"Auqsburq" – "Borussiya" (Dortmund) - 0:3
Qollar: Haller, 58, 84. Brandt, 90+3.
"Bayer" – "Borussiya" (Münhenqladbax) - 2:2
Qollar: Adli, 15, Demirbay, 20 – Hofmann, 58, Ştindl, 90.