Xəbərlər

  • 3 577

“Vaqner” rəhbəri Putini ifşa etdi!

image

Rusiyada daxili siyasi gərginlik durmadan artır. Xüsusilə Ukrayna cəbhəsində Baxmut ətrafındakı müəmma “Vaqner” özəl hərbi qüvvələri ilə Rusiya Müdafiə Nazirliyi arasında qarşılıqlı ittihamları şiddətləndirib. Baxmut yaşayış məntəqəsi üzərində Rusiya qüvvələrinin tam nəzarət etdiyi deyilsə də, sosial şəbəkələrdə yayılan video görüntülərdə bunun belə olmadığı aydınlaşıb. Baxmutun tamamilə Rusiyanın nəzarətinə keçmədiyini sübut edən daha bir dəlil isə, “Vaqner” rəhbəri Yevgeni Priqojinin yenidən Rusiyanın yüksək çinli rəhbər şəxslərini “topa tutması”dır. “Vaqner” rəhbəri Vladimir Putin istisna olmaqla digər bütün Rusiya rəhbərlərini bacarıqsızlıqda ittiham edərək, bir ildən çoxdur davam edən Ukrayna müharibəsində Rusiyanın heç bir hədəfə çatmadığını elan edib.

Rusiya mətbuatına açıqlamalar verən “Vaqner” rəhbəri olduqca şok açıqlamalar verib: “Keçən ildən bəri Ukraynadakı müharibədə heç bir məqsədimizə çatmadıq. Üstəlik ordakı sivil insanların nifrətini də qazandıq. Öncə Kiyevin yaxınlığına qədər getsək də sonra qorxub oraları tərk etdik. Üstəlik Luqansk və Xersondan da qaçdıq. Bizimlə müharibəyə başlayanda Ukrayna ordusunda 500 tank və 40 min əsgər var idi. İndi onların 5 min tankı və 400 min əsgəri var. Ukrayna dövlət deyil deyirdik. Bu müharibədən sonra Ukrayna həm gücləndi, həm də bu ölkəni tanımayan qalmadı. Beləcə nə etdiksə hamısı əks olaraq bizə qayıtdı. Elə bir abu-hava yaratdıq ki, Finlandiya kimi əsrlərdir bitərəf qalan ölkə indi NATO-nun üzvüdür. Baxmutdakı döyüşlərdə “Vaqner” 20 min qüvvə itirdi. Bunun yarısı həbsxanalardan gətirdiyim məhkumlar idi.” Bütün bu açıqlamalardan sonra tam əminliklə demək olar ki, Rusiya daxili siyasi çaxnaşmaya yuvarlanır.

Mətləb Salahov

Digər xəbərlər