"Başda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva olmaqla hər birinizi salamlayıram. Bakıda olmaqdan və taekvondo üzrə dünya çempionatının burada keçirilməsindən çox məmnunam". SİA xəbər verir ki, bu sözləri Bakıda keçirilən taekvondo üzrə dünya çempionatının açılış mərasimində Dünya Taekvondosunun Prezidenti Dr.Chungwon Choue deyib.
O bildirib ki, pandemiyadan sonra taekvondo tədbirlərinin təşkili hər birimizi xoşbəxt edir: "Uzun illər ərzində Bakıda müxtəlif taekvondo tədbirləri təşkil olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət nəticəsində bu idman növü inkişaf edib. Sözsüz ki, taekvondo haqqında danışanda idmançıları da unutmamalıyıq. Taekvondo yarışlarında hakimlərin ədalətli mühakiməsi çox vacibdir. 10 il əvvəl Azərbaycan Prezidenti Dünya Teakvondosu tərəfindən fəxri ada layiq görülmüşdü. Bu gün isə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva fəxri ada layiq görüləcək.
Sonda ümid edirəm ki, idmançılar öz məharətlərini göstərəcək və azərkeşlərin rəğbətini qazanacaq".