Xəbərlər

  • 1 337

Zelenskidən üzrxahlıq tələb etdi, işdən qovuldu

image

İkinci dünya müharibəsi zamanı təxminən 60 min polşalının öldürüldüyü Volhinya qətliamına görə Ukrayna prezidenti Volodimir Zelenskinin üzr istəməsini tələb edən Polşa Xarici İşlər Nazirliyinin sözçüsü Lukaz Jasina işindən qovulub. Xatırladaq ki, Polşa XİN sözçüsü bu yaxınlarda qonaq olduğu bir radio proqramında artıq 80-ci ildönümü yaxınlaşan Volhinya qətliamı üçün V.Zelenskinin üzr istəməli olduğunu deyib. Həmin qətliam zamanı bir sıra ailə üzvlərinin də tələf olduğunu deyən polşalı diplomat Ukraynanın göründüyü kimi "ağ qaşıq" olmadığını açıqlayıb.

Mətləb Salahov

Digər xəbərlər