Xəbərlər

  • 1 865

Benzema son nöqtəni qoydu: “Mən hələ burdayam”

image

Madrid "Real"ının hücumçusu Kərim Benzema ətrafında “gedəcək-qalacaq” xəbərləri səngimir. Bir neçə gündür ki, dünyanın etibarlı idman nəşrləri Əlcəzair əsilli fransız futbolçunun Kriştianu Ronaldonun klubuna keçəcəyi barədə xəbərlər tirajlayırdılar. Amma sən demə həqiqət başqa imiş. “Marça” nəşri yazır ki, K.Benzema yay transfer pəncərəsində klubu tərk etməyəcək. Nəşrin yazdığına görə, futbolçu növbəti mövsümdə də Madrid klubunda çıxış etməyə hazırlaşır.

Fransız hücumçu onun İspaniyada son mövsümü ola biləcək turniri əla keçirmək üçün özündə kifayət qədər güc hiss edir. Həmçinin bildirilir ki, Benzema ona olan böyük marağa görə Səudiyyə Ərəbistanına minnətdardır və növbəti mövsümün sonunda onlarla dialoqu davam etdirməyə hazırdır.

Daha əvvəl fransalı "Real” Madriddən mümkün gedişi haqda danışarkən demişdi: “Mən hələ də buradayam. Yalnız internetdə getməkdən danışırlar. İnternet isə həqiqət deyil”. Xatırladaq ki, Benzema 2009-cu ildən Madrid klubunda çıxış edir. Onun müqaviləsi bu mövsümün sonuna kimidir.

Mətləb Salahov

Digər xəbərlər