Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan ölkənin Mərkəzi Bankının rəhbəri postuna bu qurumun tarixində ilk dəfə olaraq xanım sədr təyin edib. Prezidentin imzaladığı sərəncamla 1982-ci il təvəllüdlü Hafize Gaye Erkan Türkiyə Mərkəzi Bankının rəhbəri təyin olunub. Bacarıqlı və yüksək maliyyə biliyinə malik mütəxəssis kimi tanınan H.G.Erkan ABŞ-ın Prinston universitetində təhsil alıb, daha sonra 2 illik 12 proqramlıq maliyyə işi üzrə doktorantura proqramanı cəmi 1 il ərzində oxuyub başa vurub.
Beləliklə türkiyəli gənc maliyyəçi xanım, Prinston universitetinin 276 illik tarixində iki illik doktorantura proqramını bir ildə başa vuran ilk tələbə kimi tarixə düşüb.
Mətləb Salahov