Türkiyədə deputat qəzaya uğrayıb. Bu barədə Hurriyet.com.tr saytı yazır. Xəbərdə deyilir ki, hakim AK Partiyanın Manisadan olan millət vəkili Bahadır Nahid Yenişehirlioğlu İstanbulda yol qəzasında yaralanıb. Belə ki, heyvanları daşıyan böyük yük maşını ilə toqquşan deputatın əyləşdiyi avtomobil ciddi zərər görüb, sürücü idarəetməni itirib. Xəbərdə deputatla yanaşı onun oğlunun da xəsarət aldığı deyilir. Məlumata görə təcili xəstəxanaya çatdırılan deputatın və oğlunun sağlamlığında ciddi problem yoxdur.
Mətləb