PDF Oxu

Xəbərlər

  • 2 211

“Heydər Əliyev ili” çərçivəsində Samuxda tədbir keçirilib

“Heydər Əliyev ili” çərçivəsində Samuxda tədbir keçirilib

Ölkə başçısı İlham Əliyevin müvafiq Sərəncamı ilə elan edilmiş “Heydər Əliyev ili” çərçivəsində YAP Samux rayon təşkilatı bütün ərazi partiya təşkilatlarında YAP üzvlərinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 iliyinə həsr edilmiş “Heydər Əliyev işığı daim bizimlədir” adlı silsilə tədbirlərin keçirilməsi davam edir.

12 iyun 2023-cü il tarixdə YAP Samux rayon təşkilatının Sarıqamış ərazi partiya təşkilatında tədbir keçirildi.Tədbirdə YAP üzvləri də iştirak edirdi. Tədbirə YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov və aparat əməkdaşları dəvət edilmişdi.

Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilən videoçarx nümayiş etdirildi.

Tədbirdə çıxış edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov Ümummilli Lider Heydər Əliyevin ölkəmizin inkişafı və tərəqqisinə yönələn fəaliyyətindən, siyasi irsindən danışdı və ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin bu gün həyata keçirdiyi siyasət barədə ətraflı məlumat verdi.

Sonra partiya fəallarından Əmiraslan Məmmədov, Vüsal Camalov və Elnur Qocayev çıxış edərək Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin ayrı-ayrı dövrlərindən, Heydər Əliyevin sədrliyi ilə yaradılan Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli inkişaf yolundan bəhs edərək, onun Azərbaycanın müstəqilliyi ilə bağlı gördüyü işlərdən danışdılar. Məktəb şagirdlərinin ifasında Ulu Öndərə həsr edilmiş şerlər səsləndirildi.

Digər xəbərlər