Xerson vilayətinin Ukraynanın nəzarətində olan hissəsində bu gündən başlayaraq iyunun 19-dək uzun müddətli komendant saatı elan edilib.
Bu barədə Kaxovka Su Elektrik Stansiyasında bəndin dağılmasının nəticələrinin aradan qaldırılması üzrə operativ qərargahın Telegram kanalında bildirilir. Məlumata görə, bölgədə hərəkət məhdudiyyəti saat 15:00-dan ertəsi gün saat 12:00-dək qüvvədə olunacaq.
Məlumatda deyilir ki, sakinlər saat 12:00-dan 15:00-dək humanitar yardımların verilməsi üçün xüsusi təchiz olunmuş məntəqələrdən dərman, ərzaq və içməli su ala bilərlər.
Mətləb