PDF Oxu

Xəbərlər

  • 5 744

44 günlük Vətən müharibəsi şəhidinin ailəsi ziyarət olunub - FOTOLAR

44 günlük Vətən müharibəsi şəhidinin ailəsi ziyarət olunub - FOTOLAR

YAP Yasamal rayon “A.Abbasov küç. 73E” (BOKT Embafinans QSC) ünvanı üzrə ərazi partiya təşkilatının sədri Nicat İsmayılov tərəfindən 44 günlük Vətən müharibəsi şəhidi Adilov Şirəli İlham oğlunun ailəsi ziyarət olunub.YAP Yasamal rayon “A.Abbasov küç. 73E” (BOKT Embafinans QSC) ünvanı üzrə ərazi partiya təşkilatının sədri Nicat İsmayılov bildirib ki, Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəmiz şanlı Qələbə ilə tariximizin ən parlaq səhifələrinə qızıl hərflərlə həkk olundu. 30 illik yurd həsrətimiz, Qarabağ nisgilimiz sona yetdi. Bu möhtəşəm qələbəni, hədsiz sevinci, böyük xoşbəxtliyi Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, müzəffər Ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, müqəddəs, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazandıq. Şəhid ailəsi onlara göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Məlumat üçün bildirək ki, Şəhidimizin “BOKT Embafinans QSC” yə olan 1800 AZN kredit borcu bankın Müşahidə və İdarə heyətinin müvafiq əmrinə əsasən silinərək, sıfırlanmışdır. Qeyd edək ki, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin sərəncamları ilə şəhid Adilov Şirəli İlham oğlu 44 günlük Vətən müharibəsi zamanı göstərdiyi şücaətlərə görə vəfatında sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Digər xəbərlər